Məhkəmə qərarları › İş №e-2(5-142)-211/2026

Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-142)-211/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(5-142)-211/2026 16.03.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Mən, Laçın Rayon Məhkəməsinin hakimi Mustafayev Cavidan Mustafa oğlu, İddiaçı1 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı1 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borca görə cəmi 1439 (bir min dörd yüz otuz doqquz) manat pulun və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin məzmununa əsasən tərəflər arasında, yəni İddiaçı1 ilə Cavabdeh arasında sözügedən müqavilə bağlanmış, lakin həmin müqavilənin 7.1-ci bəndində tərəflər arasında yaranmış mübahisələrə müqavilənin bağlandığı yer üzrə Abşeron Rayon Məhkəməsində baxıla bilməsinin mümkünlüyü qeyd edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyəti məhkəməyə verilməsi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Müqavilə aidiyyəti”ndən bəhs edən tələbi pozulmuş və iş üzrə ərazi aidiyyəti qaydasında səhvə yol verilmişdir. Belə olan halda isə həmin işə Laçın Rayon Məhkəməsində baxıla bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyətinin qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü və 284-3.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı1 geri qaytarılmalı və iddiaçıya aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-3, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı1 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya qeyd edilən iddia tələbi ilə bağlı aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilsin. Ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Laçın Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Cavidan Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar