Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(5-143)-7/2026 10.03.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədirliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei Kodu **********87454 Oppo Reno 12F markalı telefon, Ttec Type C, 2 X1 Xidməti, Paket L Xidməti üçün 388,33 (üç yüz səksən səkkiz manat, 33 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 38,83 (otuz səkkiz manat, 83 qəpik) manat cərimə olmaqla ümumilikdə, 450,76 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətl Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən. İmei Kodu **********87454 Oppo Reno 12F markalı telefon, Ttec Type C, 2 X1 Xidməti, Paket L Xidməti, Ödənişin Təminati Xidməti Xidməti almış və nəticədə 450.76 (dörd yüz əlli manat, 76 qəpik) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 686,04 (altı yüz səksən altı manat, 04 qəpik) manat (yəni 12 ay x 57,17 + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********87454 Oppo Reno 12F markalı telefon, Ttec Type C, 2 X1 Xidməti, Paket L Xidməti, Ödənişin Təminati Xidməti Xidməti üçün ümumilikdə, 450.76 (dörd yüz əlli manat, 76 qəpik) manat olmaqla ondan 388,33 (üç yüz səksən səkkiz manat, 33 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 38,83 (otuz səkkiz manat, 83 qəpik) manat cərimə pulu borcu yaranmışdır.Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən ödənişin təminati xidməti xidmətindən xx.xx.2025-ci il tarixində imtina etmiş və məhsul 18.99 manat qiymətləndirilərək, borcundan silinmişdir.Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 278,72 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 18.99 manat, ümumilikdə, 297.71 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Lerik Rayon Məhkəməsinin 2(5-143)-7/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş lakin məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixdə həbs edildiyi üçün telfonun kredit ödənişlərin icra edə bilməmiş, bu səbəbdəndə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ********** nömrəli, xx.xx.2025-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 12 ay müddətinə, üzrə İmei Kodu **********87454 Oppo Reno 12F markalı telefon, Ttec Type C, 2 X1 Xidməti, Paket L Xidməti, Ödənişin Təminati Xidməti Xidməti alıcı Cavabdeh hissəli şəkildə hər ay 57.17 manat olmaqla cəmi 686.03 manata satmışdır. İşdə olan İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə İmei Kodu **********87454 Oppo Reno 12F markalı telefon, Ttec Type C, 2 X1 Xidməti, Paket L Xidməti, Ödənişin Təminati Xidməti Xidməti üçün 388,33 (üç yüz səksən səkkiz manat, otuz üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altımış qəpik) manat rüsum, 38,83 (otuz səkkiz manat, səksən üç qəpik) manat cərimə olmaqla ümumilikdə, 450,76 manat t borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilə üzrə xx.xx.2025-ci il tarixli müqavilə üzrə üzrə İmei Kodu **********87454 Oppo Reno 12F markalı telefon, Ttec Type C, 2 X1 Xidməti, Paket L Xidməti, Ödənişin Təminati Xidməti Xidməti üçün 388,33 (üç yüz səksən səkkiz manat, otuz üç qəpik) manat əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin 38,83 (otuz səkkiz manat, səksən üç qəpik) manat cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn İmei Kodu **********87454 Oppo Reno 12F markalı telefon, Ttec Type C, 2 X1 Xidməti, Paket L Xidməti, Ödənişin Təminati Xidməti Xidməti üçün 388,33 (üç yüz səksən səkkiz manat, otuz üç qəpik) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 38,83 (otuz səkkiz manat, səksən üç qəpik) manat dəbbə pulunun azaldılaraq 15 (on beş) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İmei Kodu **********87454 Oppo Reno 12F markalı telefon, Ttec Type C, 2 X1 Xidməti, Paket L Xidməti, Ödənişin Təminati Xidməti Xidməti üçün 388,33 (üç yüz səksən səkkiz manat, otuz üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altımış qəpik) manat rüsum və 15 (on beş) manat cərimə borcu olmaqla, ümumilikdə 426.93 (dörd yüz iyirmi altı manat doxsan üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İmei Kodu **********87454 Oppo Reno 12F markalı telefon, Ttec Type C, 2 X1 Xidməti, Paket L Xidməti, Ödənişin Təminati Xidməti Xidməti üçün 388,33 (üç yüz səksən səkkiz manat, otuz üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altımış qəpik) manat rüsum və 15 (on beş) manat cərimə borcu olmaqla, ümumilikdə 426.93 (dörd yüz iyirmi altı manat doxsan üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №e-2(5-143)-7/2026
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-143)-7/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver