Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(5-144)-123/2026 25.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Murquzov Elmir İlqar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə pul» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********95416 HUAWEİ NOVA 11İ,QİZİL ZƏMANƏT ULTRA 2 İİ XİDMƏTİ,PAKET L XİDMƏT üçün 517.82 manat ödənilməmiş hissə, 51.78 manat cərimə ümumilikdə, 569.60 manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********95416 HUAWEİ NOVA 11İ,QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ,PAKET L XİDMƏTİ almış və nəticədə 569.60 (beş yüz altmış doqquz,60 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 867.06 (səkkiz yüz altmış yeddi,6 qəpik ) manat (yəni 18 ay x 48.17 manat + 0 manat ilkin ödəniş) olan, İmei kod **********95416 HUAWEİ NOVA 11İ,QİZİL ZƏMANƏT ULTRA 2 İİ XİDMƏTİ,PAKET L XİDMƏTİ üçün ümumilikdə, 569.60(beş yüz altmış doqquz,60 qəpik) manat olmaqla ondan 517.82(beş yüz on yeddi,82 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51.78(əlli bir,78 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 349.24 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarımda olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat vermişdir. Verilən suallara cavab olaraq mağazada olan bütün mallara minimum 1 il keyfiyyət qarantiyasının verildiyini, həmin telefonada alınan zaman qızıl zəmanətdən əlavə 1 illik keyfiyyət qarantiyasının verildiyini, telefonda zavod qüsurunun isə yalnız ilk 14 gün ərzində meydana çıxa biləcəyini bildirərək həmin qüsurun alıcının təqsiri nəticəsində yarandığını qeyd etmişdir. O, cavabdehə mağazanın əməkdaşları tərəfindən qızıl zəmanət şərtlərinin düzgün izah olunmadığının nəzərə alınaraq iddia tələbini qismən müdafiə etdiyini, cərimə hissəsində borcun cavabdehə bağışlanmasını, əsas borca münasibətdə isə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilk aydan telefonun yaxşı işləmədiyi üçün mağazaya müraciət etdiyini və Kontakt Home mağazasından Fərid Panayev adlı əməkdaşın ona narahat olmamasını, qızıl zəmanətinin olduğunu və telefon işləməzsə ona xidmət göstəriləcəyini bildirmişdir. Buna baxmayaraq yenə də telefonda qüsur aradan qaldırılmamışdır. 2024-cü ilin yanvar ayında telefonun qüsurlu olduğu üçün işləmədiyini bildirərək telefonu Kontakt Home mağazasına qaytarmaq istəyəndə mağaza tərəfindən ona telefonun geri götürüləcəyini və qızıl zəmanətin şərtlərinə uyğun olaraq heç bir borcunun qalmaması şərti ilə ödədiyi ödənişə uyğun olaraq yeni telefon olan Samsung A5 markalı telefon, qulaqcıq və poverbank telefon doldurucunu təklif etmişlər. O da razılaşaraq bu təklifi qəbul etmişdir. X1 adlı əməkdaş da ona narahat olmamasını bildirmişdir. Buna baxmayaraq sonradan mağazadan ona başqa bir əməkdaş zəng etmiş və telefonun pulunu ödəməsini tələb etmişdir. O dəfələrlə mağazaya getmiş və mağazaya iradını bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********95416 HUAWEİ NOVA 11İ,QİZİL ZƏMANƏT ULTRA 2 İİ XİDMƏTİ,PAKET L XİDMƏTi almışdır. İş materiallarında olan təhvil təslim aktından görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, məhsullar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki xx.xx.2023-cü il tarixli, müqavilə üzrə Cavabdeh 569.60 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30,40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci və 581.2-ci maddələrinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Bu Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Mülki Məcəllənin 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. İstehlakçı ilə satıcı arasında hüquqi münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Qanunun 5.1 və 13.1-ci maddələrinə görə, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. İş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, Cavabdeh əldə etdiyi malı təmir səbəbi ilə "xxxx" MMC-yə təhvil vermişdir. Həmin mal cavabdehdən alınmış və təmiri mümkün olmadığı üçün ona qızıl zəmanətin şərtlərinə uyğun olaraq 3-cü rübə uyğun aldığı malın 55 %-i həcmində endirim tətbiq edilmişdir. Qızıl zəmanətin şərtlərinin 1-ci bəndindən görünür ki, məhsulun istifadəsi nəticəsində yaranan bütün qüsurların zəmanət müddətində 14 təqvim günü ərzində təmir ediləcəyi, həmin şərtlərin 3-cü bəndində isə təmirin 14 təqvim gününü keçməsi şərti ilə müştərinin əldə etdiyi məhsulun 100 %-i dəyərində yenisini əldə edə biləcəyi qeyd olunmuşdur. Göründüyü kimi Cavabdeh məhsulda qüsur aşkar olunduğu üçün məhsulu əldə etdiyi gündən 6 ay sonra yəni qızıl zəmanət müddəti ərzində təmir üçün "xxxx" MMC-yə təqdim etmişdir. "xxxx" MMC tərəfindən məhsul təhvil alınmış və təmir mümkün olmadığı səbəbindən ona qızıl zəmanətin 3-cü rübünə uyğun güzəştli şərtlərdən yararlanmaq imkanı verilmişdir. Bunun nəticəsində isə cavabdehin ödədiyi 349,24 manat pulun əvəzinə əlavə olaraq 3.99 manat ödəniş onun tərəfindən ödənilməklə yeni məhsullar ona təhvil verilmişdir. Cavabdeh gələcəkdə ödənişlərin davam etdiriləcəyi barədə hər hansı məlumat verilməmişdir. Hazırda isə əlavə olaraq cavabdehdən ilkin olaraq əldə etdiyi məhsulun ödənişlərinin geri qalan hissə tələb edilmişdir. Halbuki, telefonda aşkar olunmuş həmin qüsurun Cavabdeh məhsuldan düzgün istifadə etməməsi nəticəsində əmələ gəlməsi, yaxud ümumiyyətlə həmin qüsurun təmirinin mümkün olmaması barədə hər hansı bir sənəd tərtib olunmamış və bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, tərəflərin izahatları ilə də sübut olunur ki alıcının əldə etdiyi məhsula görə satıcı tərəfindən qızıl zəmanət qarantiyasından əlavə 1 illik keyfiyyət qarantiyası da verilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi malın qızıl zəmanət qarantiyası mövcud olmasaydı belə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması nəticəsində əmələ gəldiyini sübuta yetirməli idi. Buna baxmayaraq "xxxx" MMC qüsurun alıcının təqsiri nəticəsində yarandığını sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, qüsur dedikdə, malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu başa düşülür. İşin hallarından göründüyü kimi iddiaçı "xxxx" MMC öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, yəni keyfiyyətli əşya verməyə borclu olduğu halda qüsurlu əşya satmışdır. Belə ki, malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət vermək sahibkarın əsas vəzifələrindən biri olduğundan, ilk növbədə satıcı malın istehsalı və ya xidmətlərin göstərilməsi zamanı onların keyfiyyətini və təhlükəsizliyini təmin etməyə borclu olmuşdur. Alıcı isə istehlakçı kimi aldığı malda qüsur aşkarlamış bunun nəticəsində malı dəyişdirmək və ya geri qaytarmaq hüquqlarından istifadə etmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə pul» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir Murquzov
Məhkəmə qərarları › İş №e-2(5-144)-123/2026
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-144)-123/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver