Məhkəmə qərarları › İş №e-2(5-144)-310/2026

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-144)-310/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(5-144)-310/2026 26.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Murquzov Elmir İlqar oğlu İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2026-cı il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 267.9 AZN əsas 40.1 AZN cərimə cəmi 308 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 143.9 AZN əsas 21.5 AZN cərimə cəmi 165.4 AZN borc ümumiliksə iki müqavilə üzrə 411.8 AZN əsas, 61.6 AZN cərimə, 473.4 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 659 manat olan müqavilə ilə aylıq ödənişi 28.00 manat olan 24 ay müddətinə TAUBE markalı paltaryuyan maşın almışdır. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 267.90 manat əsas, 40,10 manat cərimə, ümümulikdə 308.00 manat borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 339.90 manat olan müqavilə ilə aylıq ödənişi 14.00 manat olan 24 ay müddətinə TABUE markalı televizor və aksesuar almışdır. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında xx.xx.2026-cı il tarixinə xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 143.90 manat əsas, 215 manat cərimə, ümümulikdə 165.40 manat borcu yaranmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5- ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təqdim edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 659 manat olan müqavilə ilə aylıq ödənişi 28.00 manat olan 24 ay müddətinə TAUBE markalı paltaryuyan maşın və xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 339.90 manat olan müqavilə ilə aylıq ödənişi 14.00 manat olan 24 ay müddətinə TABUE markalı televizor və aksesuar almışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, cavabdehin cəmi borcu 1027.80 manat təşkil edir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə mübahisələr tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış əşyanın alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC müqavilədə göstərilən əşyaları Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilələr üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi öhdəsinə götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı malların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı qeyd edir ki, müqavilə üzrə hesablanmış cərimə borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan həmin hissələrdə cərimələrin miqdarı azaldılmalı, xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 26 manat, xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 14 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, xx.xx.2024cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 267.9 manat əsas, 26 manat cərimə olmaqla cəmi 293,90 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 143.90 manat əsas, 14 manat cərimə, cəmi 157,90 manat borc olmaqla ümumilikdə iki müqavilə üzrə 451.80 manat məbləğidə pul və 30,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 267.9 manat əsas, 26 manat cərimə olmaqla cəmi 293,90 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 143.90 manat əsas, 14 manat cərimə, cəmi 157,90 manat borc olmaqla ümumilikdə iki müqavilə üzrə 451.80 (dörd yüz əlli bir manat səksən qəpik) manat məbləğində pul və 30,00 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar