Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-40/2026 24.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı İRŞAD ELELCTRONİCS MMC-nin Cavabdeh qarşı borcunun ödənilməsi tələbi barədə mülki iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı İRŞAD ELELCTRONİCS MMC Cavabdeh qarşı borcunun ödənilməsi tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2026-cı il tarixdə cavabdehə rəsmi qaydada göndərilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək hazırda mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması zərurətinin yaranmasını əsas gətirib işin baxılmamış saxlanılmaqla iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, həmçinin dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu da geri qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlərdə bərabər iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş **********23 nömrəli Asan ödəniş sistemi qəbzindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə 30 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı İRŞAD ELELCTRONİCS MMC-nin Cavabdeh qarşı borcunun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2025-ci il tarixli **********23 nömrəli ödəniş qəbzinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. X3
Məhkəmə qərarları › İş №e-2(5-144)-40/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-40/2026
24.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver