Məhkəmə qərarları › İş №e-2(5-144)-424/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-424/2026

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-424/2026 09.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Avtomobil Evi MMC, Cavabdeh qarşı iddia ərizəsilə müraciət edərək, “İddiaçı Cavabdeh Əliməmməd qızından ödəniş üzrə 2865.00 (iki min səkkiz yüz altmış beş) manat məbləğində əsas borcu, 7807.18 (yeddi min səkkiz yüz yeddi manat, on səkkiz qəpik) manat, həmçinin borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1184 (bir min yüz səksən dörd) manat ümumilikdə 11,856.18 (on bir min səkkiz yüz əlli altı manat, on altı qəpik) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia ərizəsinin xahiş edirəm hissəsində iddiaçının tələbi aydın olmamaqla iddia ərizəsində çatışmamazlıqlar mövcuddur. Belə ki, iddia ərizəsində tələbə nəzər keçirildikdə iddia ərizəsinin yekun olaraq xahiş etdi hissəsində “İddiaçı Cavabdeh Əliməmməd qızından”, “, 7807.18 (yeddi min səkkiz yüz yeddi manat, on səkkiz qəpik) manat,” kimi qeyri-müəyyən ifadələr işlədilmişdir. Həmçinin iddia ərizəsində qeyd olunur ki, “Bildiririk ki, Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2025-ci il tarixində İddiaçı MMC -nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş”; həmçinin ərizədə qeyd olunur ki, “Eyni zamanda, cavabdeh tərəfindən son edilən ödəniş tarixindən (xx.xx.2025-cü il) avtomobilin geri götürüldüyü xx.xx.2025-ci il tarixinədək ödənişlər tam şəkildə həyata keçirilməmiş”, göründüyü kimi göstərilənlər qeyri-müəyyən məzmundadır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, AR MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. AR MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunan prosessual hüquq normasının tələbi baxımından hesab edirəm ki, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.2, 152.3, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 125.57 manat İddiaçı MMC-yə, təkrar istifadə edilmədiyi təqdirdə geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar