Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(5-144)-43/2026 05.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 3198.11 manat borc, 51,99 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, Playstation 5 Slim oyun konsolu, İmei kodu **********22161 Samsung Galaxy A55 5G markalı telefon, X1qlıq, Urbanısta qulaqlıq, Kieslect qoİ saatı almış və nəticədə 3198,11 (üç min yüz doxsan səkkiz manat, 11 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1391,04 (min üç yüz doxsan bir manat,04 qəpik) manat (12 ay x 115.92 manat + 0 manat ilkin ödəniş) olan Playstation 5 Slim oyun konsolu üçün ümumilikdə, 1274.94 (min iki yüz yetmiş dörd manat, 94 qəpik) manat olmaqla ondan, 1159,04 (min yüz əlli doqquz manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 115,90 (yüz on beş manat,90 qəpik) manat cərimə. xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1116 (min yüz on altı) manat (18 ay x 62 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********22161 Samsung Galaxy A55 5G markalı telefon üçün ümumilikdə, 1046,60 (min qırx altı manat, 60 qəpik) manat olmaqla ondan 930 (doqquz yüz otuz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 93 (doxsan üç) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 717,96 (yeddi yüz on yeddi manat, 96 qəpik) manat (12 ay x 59,83 manat + 0 manat ilkin ödəniş) olan X1qlıq üçün ümumilikdə, 789,76 (yeddi yüz səksən doqquz manat,76 qəpik) manat olmaqla ondan, 717.96 (yeddi yüz on yeddi manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 71,80 (yetmiş bir manat, 80 qəpik) manat cərimə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 178,92 (yüz yetmiş səkkiz mamat, 92 qəpik) manat (12 ay x 14,91 manat + 0 manat ilkin ödəniş) olan Urbanısta qulaqlıq, Kieslect qoİ saatı üçün ümumilikdə, 86,81 (səksən altı manat, 81 qəpik) manat olmaqla ondan, 78,92 (yetmiş səkkiz manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,89 (yeddi manat, 89 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 518 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. xx.xx.2026-cı il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilməsinə və onun tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 570438 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında Playstation 5 Slim oyun konsolu alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 570438 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC İmei kodu **********22161 Samsung Galaxy A55 5G markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında X1qlıq alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC Urbanısta qulaqlıq, Kieslect qoİ saatı alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, 570438 nömrəli müqaviləyə görə Playstation 5 Slim oyun konsolu üçün 0 manat ilkin ödəmiş, qalan məbləği 12 ay müddətinə aylıq 115.92 manat olmaqla, ümumilikdə 1391.04 manat hər ayın 12-si "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, 570438 nömrəli müqaviləyə görə İmei kodu **********22161 Samsung Galaxy A55 5G markalı telefon üçün 0 manat ilkin ödəmiş, qalan məbləği 18 ay müddətinə aylıq 62 manat olmaqla, ümumilikdə 1115.91 manat hər ayın 10u "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, 570438 nömrəli müqaviləyə görə X1qlıq üçün 0 manat ilkin ödəmiş, qalan məbləği 12 ay müddətinə aylıq 59.83 manat olmaqla, ümumilikdə 717.96 manat hər ayın 21-i "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, 570438 nömrəli müqaviləyə görə Urbanısta qulaqlıq, Kieslect qoİ saatı üçün 0 manat ilkin ödəmiş, qalan məbləği 12 ay müddətinə aylıq 14.91 manat olmaqla, ümumilikdə 178.92 manat hər ayın 10-u "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə 1391.04 manat dəyərində olan, 0 manat ödəyərək aldığı Playstation 5 Slim oyun konsolu üçün 12 ay müddətinə hər ay 115.92 manat ödəməli olduğu halda, cəmi 232 manat ödəmiş və onun 1159.04 manat əsas, 115.90 manat cərimə, cəmi 1274.94 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1116 manat dəyərində olan, 0 manat ödəyərək aldığı İmei kodu **********22161 Samsung Galaxy A55 5G markalı telefon üçün 18 ay müddətinə hər ay 62 manat ödəməli olduğu halda, cəmi 186 manat ödəmiş və onun 930 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, 93 manat cərimə, cəmi 1046.60 manat; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 717.96 manat dəyərində olan, 0 manat ödəyərək aldığı X1qlıq üçün 12 ay müddətinə hər ay 59.83 manat ödəməli olduğu halda, cəmi 0 manat ödəmiş və onun 717.96 manat əsas, 71.80 manat cərimə, cəmi 789.76 manat; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 178.92 manat dəyərində olan, 0 manat ödəyərək aldığı Urbanısta qulaqlıq, Kieslect qoİ saatı üçün 12 ay müddətinə hər ay 14.91 manat ödəməli olduğu halda, cəmi 100 manat ödəmiş və onun 78.92 manat əsas, 7.89 manat cərimə, cəmi 86.81 manat, ümumilikdə dörd müqavilə üzrə 3198.11 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 51.99 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 288.59 manat cərimə məbləği əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 144 manat həcmində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 51.44 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 2977 manat borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, 144 manat cərimə və 51.44 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 0.55 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(5-144)-43/2026
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-144)-43/2026
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver