Məhkəmə qərarları › İş №e-2(5-144)-450/2026

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-144)-450/2026

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(5-144)-450/2026 27.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********84429 olan XİAOMİ REDMİ 14C üçün 3,53.79 (üç yüz əlli üç, 79 qəpik) manat ödənilməmiş hissə, 35.38 (otuz beş, 38 qəpik) manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 4 ədəd VİTOUR TƏKƏR üçün, 383.4(üç yüz səksən üç,40 qəpik) manat ödənilməmiş hissə, 38.34(otuz səkkiz, 34 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, MUTLU akkumulyator üçün,213.94(iki yüz on üç, 94 qəpik) manat ödənilməmiş hissə, 21.39(iyirmi bir,39 qəpik) manat cərimə, ümumilikdə 3 müqavilə üzrə cəmi 1046.24 manat borcun və 30,47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********84429 olan XİAOMİ REDMİ 14C4, ədəd VİTOUR TƏKƏR, MUTLU akkumulyator almış və nəticədə 1046.24(min qırx altı, 24 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 406.08(dörd yüz altı,8 qəpik ) manat (18 ay x 22.56 manat +0 manat ilkin ödəniş) olan İmei kod **********84429 olan XİAOMİ REDMİ 14C üçün ümumilikdə, 389.17(üç yüz səksən doqquz, 17 qəpik) manat olmaqla ondan, 353.79(üç yüz əlli üç, 79 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.38(otuz beş, 38 qəpik) manat cərimə borcu, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 460.08(dörd yüz altmış,8 qəpik) manat (18 ay x 25.56 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd VİTOUR TƏKƏR almış, onun müqavilə üzrə ümumilikdə 421.74(dörd yüz iyirmi bir, 74 qəpik) manat olmaqla ondan, 383.4(üç yüz səksən üç,40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.34(otuz səkkiz, 34 qəpik) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 267(iki yüz altmış yeddi) manat (12 ay x 22.25 manat + 0 manat ilkin ödəniş) olan MUTLU akkumulyator almış, nəticədə onun müqavilə üzrə ümumilikdə, 235.33(iki yüz otuz beş,33 qəpik) manat olmaqla ondan, 213.94(iki yüz on üç, 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.39(iyirmi bir,39 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 182.03 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən İddiaçı MMC xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********84429 olan XİAOMİ REDMİ 14C üçün 3,53.79 (üç yüz əlli üç, 79 qəpik) manat ödənilməmiş hissə, 35.38 (otuz beş, 38 qəpik) manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 4 ədəd VİTOUR TƏKƏR üçün, 383.4(üç yüz səksən üç,40 qəpik) manat ödənilməmiş hissə, 38.34(otuz səkkiz, 34 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, MUTLU akkumulyator üçün,213.94(iki yüz on üç, 94 qəpik) manat ödənilməmiş hissə, 21.39(iyirmi bir,39 qəpik) manat cərimə, ümumilikdə 3 müqavilə üzrə cəmi 1046.24 manat borc, 30,47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********84429 olan XİAOMİ REDMİ 14C4, ədəd VİTOUR TƏKƏR, MUTLU akkumulyator almış və nəticədə 1046.24(min qırx altı, 24 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 406.08(dörd yüz altı,8 qəpik ) manat (18 ay x 22.56 manat +0 manat ilkin ödəniş) olan İmei kod **********84429 XİAOMİ REDMİ 14C üçün ümumilikdə, 389.17(üç yüz səksən doqquz, 17 qəpik) manat olmaqla ondan, 353.79(üç yüz əlli üç, 79 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.38(otuz beş, 38 qəpik) manat cərimə; İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 460.08(dörd yüz altmış,8 qəpik) manat (18 ay x 25.56 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd VİTOUR TƏKƏRüçün ümumilikdə, 421.74(dörd yüz iyirmi bir, 74 qəpik) olmaqla ondan, 383.4(üç yüz səksən üç,40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.34(otuz səkkiz, 34 qəpik) manat cərimə; İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 267(iki yüz altmış yeddi) manat (12 ay x 22.25 manat + 0 manat ilkin ödəniş) olan MUTLU akkumulyator üçün ümumilikdə, 235.33(iki yüz otuz beş,33 qəpik) manat olmaqla ondan, 213.94(iki yüz on üç, 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.39(iyirmi bir,39 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********84429 olan XİAOMİ REDMİ 14C4, ədəd VİTOUR TƏKƏR, MUTLU akkumulyator almış və nəticədə 1046.24(min qırx altı, 24 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 406.08(dörd yüz altı,8 qəpik ) manat (18 ay x 22.56 manat +0 manat ilkin ödəniş) olan İmei kod **********84429 olan XİAOMİ REDMİ 14C üçün ümumilikdə, 389.17(üç yüz səksən doqquz, 17 qəpik) manat olmaqla ondan, 353.79(üç yüz əlli üç, 79 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.38(otuz beş, 38 qəpik) manat cərimə borcu, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 460.08(dörd yüz altmış,8 qəpik) manat (18 ay x 25.56 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd VİTOUR TƏKƏR almış, onun müqavilə üzrə ümumilikdə 421.74(dörd yüz iyirmi bir, 74 qəpik) manat olmaqla ondan, 383.4(üç yüz səksən üç,40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.34(otuz səkkiz, 34 qəpik) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 267(iki yüz altmış yeddi) manat (12 ay x 22.25 manat + 0 manat ilkin ödəniş) olan MUTLU akkumulyator almış, nəticədə onun müqavilə üzrə ümumilikdə, 235.33(iki yüz otuz beş,33 qəpik) manat olmaqla ondan, 213.94(iki yüz on üç, 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.39(iyirmi bir,39 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 182.03 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubu ilə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilmişdir. İş materialllarına əlavə edilmiş bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı MMC-yə 3 müqavilə üzrə cəmi 1046,24 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 30,47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,47 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yeksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********84429 olan XİAOMİ REDMİ 14C üçün 3,53.79 manat ödənilməmiş hissə, 20 manat cərimə, bu müqavilə üzrə cəmi 373,79 manat borc, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 4 ədəd VİTOUR TƏKƏR üçün, 383.4 manat ödənilməmiş hissə, 20 manat cərimə, bu müqavilə üzrə cəmi 403,4 manat borc, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, MUTLU akkumulyator üçün 213.94 manat ödənilməmiş hissə, 11 manat cərimə, bu müqavilə üzrə cəmi 224,94 manat borc, ümumilikdə 3 müqavilə üzrə cəmi 1002,13 manat borc və 30,47 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********84429 olan XİAOMİ REDMİ 14C üçün 3,53.79 manat ödənilməmiş hissə, 20 manat cərimə, bu müqavilə üzrə cəmi 373,79 manat borc, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 4 ədəd VİTOUR TƏKƏR üçün, 383.4 manat ödənilməmiş hissə, 20 manat cərimə, bu müqavilə üzrə cəmi 403,4 manat borc, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, MUTLU akkumulyator üçün 213.94 manat ödənilməmiş hissə, 11 manat cərimə, bu müqavilə üzrə cəmi 224,94 manat borc, ümumilikdə 3 müqavilə üzrə cəmi 1002,13 manat borc və 30,47 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar