Məhkəmə qərarları › İş №e-2(5-145)-107/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-107/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-107/2026 12.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Qasımlı Fidan Lətif qızı, İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14413859 saylı fakturaya əsasən X1 X20 üçün 800.98 manat ödənilməmiş hissə, 80.10 manat cərimə; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən İMEİ kod 51523/65QR01310 X3 SE, X2 2 il xidməti, Paket XL xidməti üçün 464.22 manat ödənilməmiş hissə, 46.42 manat cərimə, cəmi 1391.72 manat borcun və 33.92 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14413859 saylı və xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən X2 3 il xidməti, X1 X20, Zəmanət + 3 il xidməti, İMEİ kod 51523/65QR01310 X3 SE, X2 2 il xidməti, Paket XL xidməti almış və nəticədə 1391.72 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14413859 saylı fakturaya əsasən alqı-satqı qiyməti 1300.98 manat (18 ay x 55.61 manat + 300 manat ilkin ödəniş) olan X2 3 il xidməti, X1 X20 üçün ümumilikdə 881.08 manat olmaqla ondan 800.98 manat ödənilməmiş hissə, güzəşt olunaraq 80.10 manat cərimə; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən alqı-satqı qiyməti 624.22 manat (18 ay x 25.79 manat + 160 manat ilkin ödəniş) olan İMEİ kod 51523/65QR01310 X3 SE, X2 2 il xidməti, Paket XL xidməti üçün ümumilikdə 510.64 manat olmaqla ondan 464.22 manat ödənilməmiş hissə, güzəşt olunaraq 46.42 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14413859 saylı fakturaya əsasən xx.xx.2025-ci il tarixində X2 + 3 il xidmətindən imtina etmiş və məhsul 200 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14413859 saylı faktura üzrə cəmi ödədiyi məbləğ 300 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 200 manat, xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə cəmi ödədiyi məbləğ 160 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14413859 saylı fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 55.61 manat ödəməklə (ilkin ödəniş 300 manat) 1300.98 manat dəyərində X2 3 il xidməti, X1 X20 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 25.79 manat ödəməklə (ilkin ödəniş 160 manat) 624.22 manat dəyərində İMEİ kod 51523/65QR01310 X3 SE, X2 2 il xidməti, Paket XL xidməti satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14413859 saylı faktura üzrə 8.01 manat, xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 4.64 manat məbləğində saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu qismində ödənilmiş 33.92 manat məbləğində pul vəsaitinin 32.78 manat məbləğində hissəsi cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14413859 saylı fakturaya əsasən 800.98 manat ödənilməmiş hissə, 8.01 manat cərimə; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən 464.22 manat ödənilməmiş hissə, 4.64 manat cərimə, cəmi 1277.85 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 33.92 manat məbləğində pul vəsaitinin 32.78 manat məbləğində hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar