Məhkəmə qərarları › İş №e-2(5-145)-211/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-211/2026

20.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-211/2026 20.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Qasımlı Fidan Lətif qızı, İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14068922 nömrəli fakturaya əsasən paltaryuyan LG, soyuducu Samsung üçün 2393.99 manat ödənilməmiş hissə, 239.40 manat cərimə; xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* nömrəli fakturaya əsasən Defunc qulaqlıq, USB Sandisk, kondisioner, Cable Samsung üçün 421.2 manat ödənilməmiş hissə, 42.12 manat cərimə, cəmi 3096.71 manat borcun və 50.97 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14068922 nömrəli və xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* nömrəli fakturaya əsasən paltaryuyan LG, soyuducu Samsung, Defunc qulaqlıq, USB Sandisk, kondisioner, Cable Samsung almış və nəticədə 3096.71 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14068922 nömrəli fakturaya əsasən alqı-satqı qiyməti 2867.99 manat (18 ay x 133 manat + 473.99 manat ilkin ödəniş) olan Paltaryuyan LG, Soyuducu Samsung üçün ümumilikdə 2633.39 manat olmaqla ondan 2393.99 manat ödənilməmiş hissə, güzəşt olunaraq 239.40 manat cərimə; xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* nömrəli fakturaya əsasən alqı-satqı qiyməti 580.2 manat (12 ay x 35.1 manat + 159 manat ilkin ödəniş) olan Defunc qulaqlıq, USB Sandisk, kondisioner, Cable Samsung üçün ümumilikdə 463.32 manat olmaqla ondan 421.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 42.12 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 633 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq iddianın qiymətini nəzərə alıb ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14068922 nömrəli fakturadan görünür ki, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə ayda 133 manat ödəməklə (ilkin ödəniş 473.99 manat) 2867.99 manat dəyərində paltaryuyan LG, soyuducu Samsung satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* nömrəli fakturadan görünür ki, İddiaçı MMC Cavabdeh 12 ay müddətinə ayda 35.1 manat ödəməklə (ilkin ödəniş 159 manat) 580.2 manat dəyərində Defunc qulaqlıq, USB Sandisk, kondisioner, Cable Samsung satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Cavabdeh alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir” 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14068922 nömrəli faktura üzrə 23.94 manat, xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* nömrəli faktura üzrə 4.21 manat məbləğində saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu qismində ödənilmiş 50.97 manat məbləğində pul vəsaitinin 48.43 manat məbləğində hissəsi Cavabdeh tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 14068922 nömrəli fakturaya əsasən 2393.99 manat ödənilməmiş hissə, 23.94 manat cərimə; xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* nömrəli fakturaya əsasən 421.2 manat ödənilməmiş hissə, 4.21 manat cərimə, cəmi 2843.34 manat borc və dövlət rüsumu qismində ödənilmiş 50.97 manat məbləğində pul vəsaitinin 48.43 manat məbləğində hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar