Məhkəmə qərarları › İş №e-2(5-145)-237/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-237/2026

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-237/2026 23.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdim: İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 12205192 saylı fakturaya əsasən, İmei kod **********45119 İPHONE 13 üçün, 1392,96 manat ödənilməmi. hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 139,30 manat cərimə, xx.xx.2024-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi- xx.xx.2025-ci il tarixli 16659209 saylı fakturaya əsasən, İmei kod **********40037 İPHONE 13, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, APPLE ADAPTER üçün 1583,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 158, 36 manat cərimə, ümumilikdə 3321,46 manat borcun və 53,22 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 12205192 saylı faktura, xx.xx.2024-ci il tarixli 612362 saylı müqavilənin əlavəsixx.xx.2025-ci il tarixli 16659209 saylı fakturaya əsasən, İmei Kod **********45119 İPHONE 13, İmei kod **********40037 İPHONE 13, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, APPLE ADAPTER xidməti almış və nəticədə 3321,46 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 12205192 saylı fakturaya əsasən,alqı-satqı qiyməti 1392,96 manat (yəni 12 ay x 116,08 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********45119 İPHONE 13 üçün ümumilikdə 1555,86 manat olmaqla ondan 1392,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 139,30 manat cərimə, xx.xx.2024-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi- xx.xx.2025-ci il tarixli 16659209 saylı fakturaya əsasən alqı-satqı qiyməti 1583,64 manat (12 ay x 131,97 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********40037 İPHONE 13, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, APPLE ADAPTER üçün ümumilikdə 1765,60 manat olmaqla ondan, 1583,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 158,36 manat cərimə borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış . xx.xx.2025-ci il tarixli 612362 saylı müqavilənin əlavəsixx.xx.2025-ci il tarixli 12205192 saylı faktura, xx.xx.2024-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi- xx.xx.2025-ci il tarixli 16659209 saylı fakturanın ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 12205192 saylı fakturaya əsasən, iddiaçı "xxxx" MMC Cavabdeh 12 ay müddətinə 1392,96 manat dəyərində İmei kod **********45119 İPHONE 13 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi- xx.xx.2025-ci il tarixli 16659209 saylı fakturaya əsasən, iddiaçı "xxxx" MMC Cavabdeh 12 ay müddətinə 1765,60 manat dəyərində İmei kod **********40037 İPHONE 13, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, APPLE ADAPTER satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə edilmiş 19 yanvar 2026-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 12205192 saylı fakturaya əsasən müqaviləyə əsasən 1392,96 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 139,30 manat cərimə, cəmi 1555,86 manat, xx.xx.2024-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi- xx.xx.2025-ci il tarixli 16659209 saylı fakturaya əsasən 1583,64 manat əsas, 158,36 manat, İnnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 158,36 manat cərimə, cəmi 1765,60 manat borcu olmaqla ümumilikdə 3321,46 manat borcu vardır. Göründüyü kimi Cavabdeh nisyə alqı-satqı müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, xx.xx.2025-ci il tarixli 612362 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən hesab edirəm ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən nisyə aldığı əşya üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 12205192 saylı fakturaya əsasən cərimə pulunun miqdarı 14 manat həddinədək, xx.xx.2024-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 16659209 saylı fakturaya əsasən cərimə pulunun miqdarı 14 manat həddinədək həddinədək azaldılmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, hesab edirəm ki, iddiaçı tərəfindən ödənilmiş 39,88 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 284 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 612362 saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 12205192 saylı fakturaya əsasən, İmei kod **********45119 İPHONE 13 üçün, 1392,96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 14 manat cərimə, xx.xx.2024-ci il tarixli 612362 saylı müqavilənin əlavəsixx.xx.2025-ci il tarixli 16659209 saylı fakturaya əsasən, İmei kod **********40037 İPHONE 13, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, APPLE ADAPTER üçün 1583,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 14 manat cərimə, 53,22 manat dövlət rüsumu, ümumilikdə 3105,02 manat məbləğində pul alınaraq “ABC Telecom“ MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar