Məhkəmə qərarları › İş №e-2(5-145)-301/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-301/2026

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-301/2026 25.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı MMC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 06 may 2025-ci il tarixli **********3 saylı müqavilənin əlavəsi - 06 may 2025-ci il tarixli 14898886 saylı fakturaya əsasən “LG” markalı televizor, zəmanət + 3 il xidməti. 06 may 2025-ci il tarixli **********3 saylı müqavilənin əlavəsi 06 may 2025-ci il tarixli 14898885 saylı fakturaya əsasən “Playstation 5” markalı oyun konsolu, “PS5 Dual Sense”, zəmanət + 2 il xidməti. Müqavilənin predmeti - nisyə alğı-satqı müqavilələri. Tələb olunan məbləğ: 06 may 2025-ci il tarixli **********3 saylı müqavilənin əlavəsi - 06 may 2025-ci il tarixli 14898886 saylı faktura üzrə 1738,32 manat əsas borc, 173,83 manat cərimə. 06 may 2025-ci il tarixli **********3 saylı müqavilənin əlavəsi 06 may 2025-ci il tarixli 14898885 saylı faktura üzrə 1452,06 manat əsas borc, 145,21 manat cərimə. Ümumilikdə iki müqavilə üzrə 3509,42 manat borc və 55,10 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 06 may 2025-ci il tarixli **********3 saylı müqavilənin əlavəsi - 06 may 2025-ci il tarixli 14898886 saylı fakturaya əsasən “LG” markalı televizor, zəmanət + 3 il xidməti və 06 may 2025-ci il tarixli **********3 saylı müqavilənin əlavəsi 06 may 2025-ci il tarixli 14898885 saylı fakturaya əsasən “Playstation 5” markalı oyun konsolu, “PS5 Dual Sense”, zəmanət + 2 il xidməti almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 06 may 2025-ci il tarixli **********3 saylı müqavilənin əlavəsi - 06 may 2025-ci il tarixli 14898886 saylı və 06 may 2025-ci il tarixli **********3 saylı müqavilənin əlavəsi - 06 may 2025-ci il tarixli 14898888 saylı fakturalar üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06 may 2025-ci il tarixli **********3 saylı müqavilənin əlavəsi - 06 may 2025-ci il tarixli 14898886 saylı faktura üzrə 1738,32 manat əsas borc, 20 manat cərimə, 06 may 2025-ci il tarixli **********3 saylı müqavilənin əlavəsi 06 may 2025-ci il tarixli 14898885 saylı faktura üzrə 1452,06 manat əsas borc, 10 manat cərimə, ümumilikdə iki müqavilə üzrə 3220,38 (üç min iki yüz iyirmi manat otuz səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 55,10 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar