Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-302/2026 16.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, 10655032 saylı fakturaya əsasən LG TV, Zəmanət + 2 il xidməti, Paket Extra TV xidməti üçün 2435.22 manat ödənilməmiş hissə, 243.52 manat cərimə, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, ******* saylı fakturaya əsasən X3 13 üçün 1222.20 manat ödənilməmiş hissə, 122.22 manat cərimə, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, 16955848 saylı fakturaya əsasən X1 X20 Max üçün 1210.86 manat ödənilməmiş hissə, 121.09 manat cərimə, cəmi 5355.11 manat borcun və 73.56 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, 10655032 saylı fakturaya, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, ******* saylı fakturaya və xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, 16955848 saylı fakturaya əsasən LG TV, Zəmanət + 2 il xidməti, Paket Extra TV xidməti, X3 13 və X1 X20 Max almış və nəticədə 5355.11 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, 10655032 saylı fakturaya əsasən alğı-satqı qiyməti 2935.22 manat (18 ay x 135.29 manat + 500 manat ilkin ödəniş) LG TV, Zəmanət + 2 il xidməti, Paket Extra TV xidməti üçün ümumilikdə 2678.74 manat olmaqla ondan 2435.22 manat ödənilməmiş hissə və 243.52 manat cərimə, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, ******* saylı fakturaya əsasən alğı-satqı qiyməti 1664.20 manat (18 ay x 71.90 manat + 370 manat ilkin ödəniş) X3 13 üçün ümumilikdə 1344.42 manat olmaqla ondan 1222.20 manat ödənilməmiş hissə və 122.22 manat cərimə, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, 16955848 saylı fakturaya əsasən alğı-satqı qiyməti 1600.86 manat (18 ay x 67.27 manat + 390 manat ilkin ödəniş) X1 X20 Max üçün ümumilikdə 1331.95 manat olmaqla ondan 1210.86 manat ödənilməmiş hissə və 121.09 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1332 manat təşkil edir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, 10655032 saylı müqavilədən və ona əlavələdən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 135.29 manat ödəməklə (ilkin ödəniş 500 manat) 2935.22 manat dəyərində LG TV, Zəmanət + 2 il xidməti, Paket Extra TV xidməti satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, ******* saylı müqavilədən və ona əlavələdən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 71.90 manat ödəməklə (ilkin ödəniş 370 manat) 1664.20 manat dəyərində X3 13 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, 16955848 saylı müqavilədən və ona əlavələdən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 67.27 manat ödəməklə (ilkin ödəniş 390 manat) 1600.86 manat dəyərində X1 X20 Max satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. 22 yanvar 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə cəmi 5355.11 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə müqavilələr üzrə öhdəliklərin icrasının gecikdirilməsi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 73.56 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, 10655032 saylı fakturaya, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, ******* saylı fakturaya və xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, 16955848 saylı fakturaya əsasən LG TV, Zəmanət + 2 il xidməti, Paket Extra TV xidməti, X3 13 və X1 X20 Max almış və nəticədə 5355.11 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, 10655032 saylı fakturaya əsasən alğı-satqı qiyməti 2935.22 manat (18 ay x 135.29 manat + 500 manat ilkin ödəniş) LG TV, Zəmanət + 2 il xidməti, Paket Extra TV xidməti üçün ümumilikdə 2678.74 manat olmaqla ondan 2435.22 manat ödənilməmiş hissə və 243.52 manat cərimə, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, ******* saylı fakturaya əsasən alğı-satqı qiyməti 1664.20 manat (18 ay x 71.90 manat + 370 manat ilkin ödəniş) X3 13 üçün ümumilikdə 1344.42 manat olmaqla ondan 1222.20 manat ödənilməmiş hissə və 122.22 manat cərimə, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, 16955848 saylı fakturaya əsasən alğı-satqı qiyməti 1600.86 manat (18 ay x 67.27 manat + 390 manat ilkin ödəniş) X1 X20 Max üçün ümumilikdə 1331.95 manat olmaqla ondan 1210.86 manat ödənilməmiş hissə və 121.09 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1332 manat təşkil edir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsinin cərimə tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, müqavilə bağlanan anda dəbbə pulunun miqdarının tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirildiyi barədə müqavilə şərti məhkəmə tərəfindən mübahisəyə baxarkən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılmasını istisna edə bilməz. İlk növbədə ona görə ki, tərəflər müqavilə bağlayarkən borclunun gələcək əmlak vəziyyətini qabaqcadan müəyyən edə bilməzdilər. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsi dispozitiv norma olmamaqla, onun tətbiqi müqavilə şərtindən asılı deyildir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirmir və əsaslı təsir etmir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 73.56 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. MPM-in 14.2, 217.4 və 4329.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, 10655032 saylı fakturaya əsasən LG TV, Zəmanət + 2 il xidməti, Paket Extra TV xidməti üçün 2435.22 manat ödənilməmiş hissə, 243.52 manat cərimə, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, ******* saylı fakturaya əsasən X3 13 üçün 1222.20 manat ödənilməmiş hissə, 122.22 manat cərimə, xx.xx.2025ci il tarixli, ********** saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli, 16955848 saylı fakturaya əsasən X1 X20 Max üçün 1210.86 manat ödənilməmiş hissə, 121.09 manat cərimə, cəmi 5355.11 manat borc və 73.56 dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(5-145)-302/2026
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-302/2026
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver