Məhkəmə qərarları › İş №e-2(5-145)-345/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-345/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-345/2026 05.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı MMC. Cavabdeh . Tərəflər arasında bağlanmış müqavilə: 10 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 10 fevral 2025-ci il tarixli 02099916 saylı fakturaya əsasən “Beko” markalı paltaryuyan, “Samsung” markalı qabyuyan, 2- ədəd qızıl zəmanət “Ultra” 2 il xidməti. 14 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 14 fevral 2025-ci il tarixli 15656705 saylı fakturaya əsasən İMEİ kodu **********59436 olan “Samsung Galaxy A05S markalı telefon, qızıl zəmanət “Ultra” 1 il xidməti. Müqavilənin predmeti - nisyə alğı-satqı müqavilələri. Tələb olunan məbləğ: 10 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 10 fevral 2025-ci il tarixli 02099916 saylı faktura üzrə 1518,07 manat əsas borc, 151,81 manat cərimə. 14 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 14 fevral 2025-ci il tarixli 15656705 saylı faktura üzrə 172,50 manat əsas borc, 17,25 manat cərimə. Ümumilikdə iki müqavilə üzrə 1859,63 manat borc və 38,60 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 10 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 10 fevral 2025-ci il tarixli 02099916 saylı fakturaya əsasən “Beko” markalı paltaryuyan, “Samsung” markalı qabyuyan, 2 ədəd qızıl zəmanət “Ultra” 2 il xidməti, 14 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 14 fevral 2025-ci il tarixli 15656705 saylı fakturaya əsasən İMEİ kodu **********59436 olan “Samsung Galaxy A05S markalı telefon, qızıl zəmanət “Ultra” 1 il xidməti almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 10 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 10 fevral 2025-ci il tarixli 02099916 saylı və 14 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 14 fevral 2025-ci il tarixli 15656705 saylı fakturalar üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 10 fevral 2025-ci il tarixli 02099916 saylı faktura üzrə 1518,07 manat əsas borc, 10 manat cərimə, 14 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 14 fevral 2025-ci il tarixli 15656705 saylı faktura üzrə 172,50 manat əsas borc, 17,25 manat cərimə, ümumilikdə iki müqavilə üzrə 1717,82 (bir min yeddi yüz on yeddi manat səksən iki qəpik) manat məbləğində pul və ödənilmiş 38,60 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar