Məhkəmə qərarları › İş №e-2(5-145)-349/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-349/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-349/2026 12.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul”a tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ******* saylı fakturaya əsasən, X1 MAX üçün, 99 manat ödənilməmiş hissə, 9.90 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 3 İL xidməti, Tozsoran Philips XB üçün 63.16 manat ödənilməmiş hissə, 6.32 manat cərimə, ümumilikdə 178.38 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ******* saylı faktura, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən X1 MAX, Zəmanət + 3 İL xidməti, Tozsoran Philips XB almış və nəticədə 178.38 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ******* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 198 manat (12 ay x 16.5 manat + 0 manat ilkin ödəniş) olan X1 MAX üçün ümumilikdə, 108.90 manat olmaqla ondan, 99 manat ödənilməmiş hissə, güzəşt olunaraq 9.90 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 380.34 manat (18 ay x 21.13 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 3 İL xidməti, Tozsoran Philips XB üçün ümumilikdə, 69.48 manat olmaqla ondan, 63.16 manat ödənilməmiş hissə, güzəşt olunaraq 6.32 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 416.18 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ******* saylı fakturadan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 16.5 manat ödəməklə (ilkin ödəniş 0 manat) 198 manat dəyərində X1 MAX satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 21.13 manat ödəməklə (ilkin ödəniş 0 manat) 380.34 manat dəyərində Tozsoran Philips XB satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ******* saylı fakturaya və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 MAX və Tozsoran Philips XB almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada 30 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ******* saylı fakturaya üçün 99 manat ödənilməmiş hissə, 9.90 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üçün 63.16 manat ödənilməmiş hissə, 6.32 manat cərimə, ümumilikdə 178.38 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar