Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-419/2026 12.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı QSC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: X3 ilə Cavabdeh arasında bağlanmış TME000090 nömrəli 17 sentyabr 2024-cü il tarixli Nisyə Alğı-satqı müqaviləsi. X3 ilə İddiaçı QSC arasında imzalanan R-2828/23 nömrəli, 23 oktyabr 2023-cü il tarixli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Saziş. Müqavilənin predmeti - nisyə alğı-satqı müqaviləsi. Tələb olunan məbləğ: TME000090 nömrəli 17 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 65 manat əsas borc, 9,75 manat cərimə, ümumilikdə 74,75 manat, 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı. Sübutlar: Alğı-satqı müqaviləsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə, arayış, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci və 465.2-ci maddələri. Hesab edirəm ki, iddia əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh TME000090 nömrəli 17 sentyabr 2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi əsasında X1 mallar almışdır. X3 ilə İddiaçı QSC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X2 Cavabdeh qarşı olan 132 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Bu barədə borcluya bildiriş verilmişdir. Lakin borclu borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 65 manat əsas borc, 9,75 manat cərimə, ümumilikdə 74,75 (yetmiş dörd manat yetmiş beş qəpik) manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov İş № e-2(5-145)-419/2026 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 12 mart 2026-cı il Masallı rayonu Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraat qaydasında işə təqdim edilən sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxdım. Prosessual hərəkət saat 09:05-də başladı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək kiçik iddianın təmin edilməsi, yaranmış borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:10-da başa çatdı. Hakim Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(5-145)-419/2026
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-419/2026
12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver