Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-77/2026 12.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Qasımlı Fidan Lətif qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən İMEİ kod **********55761 X1 13, Qızıl zəmanət Ultra 1 il xidməti üçün 281.43 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 28.14 manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********** saylı fakturaya əsasən Matras üçün 115.88 manat ödənilməmiş hissə, 11.59 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Ezviz smart kamera üçün 170.23 manat ödənilməmiş hissə, 17.02 manat cərimə, cəmi 647.89 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı faktura, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********** saylı faktura və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********55761 X1 13, Qızıl zəmanət Ultra 1 il xidməti, Matras, Ezviz smart kamera almış və nəticədə 647.89 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən alqı-satqı qiyməti 487.56 manat (12 ay x 40.63 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********55761 X1 13, Qızıl zəmanət Ultra 1 il xidməti üçün ümumilikdə 333.17 manat olmaqla ondan 281.43 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 28.14 manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********** saylı fakturaya əsasən alğı-satqı qiyməti 148.2 manat (6 ay x 23.2 manat + 9 manat ilkin ödəniş) olan Matras üçün ümumilikdə 127.47 manat olmaqla ondan 115.88 manat ödənilməmiş hissə, 11.59 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 276.8 manat (12 ay x 21.4 manat + 20 manat ilkin ödəniş) olan Ezviz smart kamera üçün ümumilikdə 187.25 manat olmaqla ondan 170.23 manat ödənilməmiş hissə, 17.02 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 345.02 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2024-cü il tarixli ********* saylı fakturdan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 40.63 manat ödəməklə (ilkin ödəniş 0 manat) 487.56 manat dəyərində İMEİ kod **********55761 X1 13, Qızıl zəmanət Ultra 1 il xidməti satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********** saylı fakturadan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 6 ay müddətinə ayda 23.2 manat ödəməklə (ilkin ödəniş 9 manat) 148.2 manat dəyərində Matras satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 19605628 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 21.4 manat ödəməklə (ilkin ödəniş 20 manat) 276.8 manat dəyərində Ezviz smart kamera satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu qismində ödənilmiş 30 manat pul Cavabdeh tutularaq ona ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən 281.43 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 28.14 manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********** saylı fakturaya əsasən 115.88 manat ödənilməmiş hissə, 11.59 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 170.23 manat ödənilməmiş hissə, 17.02 manat cərimə, cəmi 647.89 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fidan Qasımlı
Məhkəmə qərarları › İş №e-2(5-145)-77/2026
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-77/2026
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver