Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(5-146)-45/2026 26.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ümumilikdə 1478,40 manat pulun və 44,79 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 04311628 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu 1384 manat dəyərində olan aldığı 2 ədəd qızıl zəmanət ultra 3 il xidməti, İmei kodu **********365466 olan Xiaomi redmi 11 markalı mobil telefon, Hoffman markalı soyuducu, paket m xidməti üçün 12 ay müddətində, ilkin ödəniş 40 manat olmaqla, hər ay 112 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlıqları təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə nisyəm alğı- satqı müqavilə üzrə ümumilikdə 1478,40 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 40 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə cavabdehə xx.xx.2025-ci il tarixində bildirişin göndərilməsinə baxmayaraq, borcu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş 12 saylı MİS tərəfindən verilmiş məlumata əsasən bildiriş Cavabdeh çatdırılmamışdır. Cavabdeh hal-hazırda qeyd edilmiş ünvanda yaşamır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 04311628 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı 1384 manat dəyərində olan aldığı 2 ədəd qızıl zəmanət ultra 3 il xidməti, İmei kodu **********365466 olan Xiaomi redmi 11 markalı mobil telefon, Hoffman markalı soyuducu, paket m xidməti üçün 12 ay müddətində, ilkin ödəniş 40 manat olmaqla, hər ay 112 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 2-ci bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2022-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2025ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 04311628 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1344 manat əsas, 134,40 manat cərimə olmaqla, cəmi 1478,40 manat borcunun olmasına dair xx.xx.2025-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur. xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 44,79 manat dövlət rüsumu ödənmişdir. Əsaslandırıcı hissə: Hazırkı iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsi təşkil edir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlığı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqavilə üzrə 10 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 44,79 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 04311628 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1344 (bir min üç yüz qırx dörd) manat əsas, 10 (on) manat cərimə olmaqla, cəmi 1354 (bir min üç yüz əlli dörd) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumu üçün ödənilmiş 44,79 (qırx dörd manat yetmiş doqquz qəpik) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(5-146)-45/2026
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-146)-45/2026
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver