Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(5-149)-24/2026 23.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********68771 OPPO A78,2 ƏDƏD VİNİL ŞƏFFAF,PAKET XXXL XİDMƏTİ,QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ üçün 425.52(dörd yüz iyirmi beş,52 qəpik) manat ödənilməmiş hissə, 42.55(qırx iki,55 qəpik) manat cərimə; xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, TCL TAC KONDİSİONER,ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 832.64(səkkiz yüz otuz iki,64 qəpik) manat ödənilməmiş hissə, 83.26(səksən üç,26 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********11487 İPHONE 13, VİNİL ŞƏFFAF,APPLE ADAPTER,PAKET XXXL XİDMƏTİ,QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 1796.03(min yeddi yüz doxsan altı,3 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 179.60(yüz yetmiş doqquz,60 qəpik) manat cərimə et xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, KİESLECT SAAT,QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün, 86.65(səksən altı,65 qəpik) manat ödənilməmiş hissə, 8.67(səkkiz,67 qəpik) manat cərimə Ümumilikdə 3478.52 manat borc, 54,79 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmışmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********68771 OPPO A78,2 ədəd vinil şəffaf,paket XXXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti,TCL TAC kondisioner, zəmanət + 3 il xidməti, İmei kod **********11487 İPHONE 13,vinil şəffaf,apple adapter, paket XXXL xidməti, qızıl zəmanət ultra 2 il İmei kod **********68771 OPPO A78,2 ədəd vinil şəffaf,paket XXXL xidməti almış və nəticədə 3478, 52 (üç min dörd yüz yetmiç səkkiz, 52 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 957, 42 (doqquz yüz əlli yeddi, 42 qəpik) manat (18 ay x 53,19 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********68771 OPPO A 78,2 ədəd vinil şəffaf, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 İL xidməti üçün ümumilikdə, 468,07 (dörd yüz altmış səkkiz, 7 qəpik ) manat olmaqla ondan, 425,52 (dörd yüz iyirmi beş, 52 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42,55 (qırx iki,55 qəpik) manat cərimə. xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1248,96 (min iki yüz qırx səkkiz, 96 qəpik) manat (24 ay x 52,04 manat + 0 manat ilkin ödəniş) olan TCL TAC kondisioner,zəmanət + 3 il xidməti üçün ümumilikdə, 915,90 (doqquz yüz on beş,90 qəpik) manat olmaqla ondan, 832,64 (səkkiz yüz otuz iki,64 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83,26 (səksən üç, 26 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2296,03(iki min iki yüz doxsan altı,3 qəpik) manat (18 ay x 124,78 manat + 49,99 manat ilkin ödəniş) olan İmei kod **********11487 İPHONE 13,vinil şəffaf,apple adapter,paket XXXL xidməti,qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, 1999,23 (min doqquz yüz doxsan doqquz, 23 qəpik) manat olmaqla ondan, 1796,03 (min yeddi yüz doxsan altı,3 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 179,60 (yüz yetmiş doqquz, 60 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 103,98 (yüz üç,98 qəpik) manat (6 ay x 17,33 manat + 0 manat ilkin ödəniş) olan KİESLECT saat, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, 95,32 (doxsan beş, 32 qəpik) manat olmaqla ondan, 86,65 (səksən altı,65 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,67 (səkkiz,67 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1465,55 manat təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia ərizəsinə etirazın dəlilləri İş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir.Cavabdeh məhkəmə bildirişini xx.xx.2026-ci il tarixdə qəbul etmişdir. Lakin qanunvercilikdə nəzərdə tutmuş müddətdə iddiaçının tələbinə dair hər hansı etiraz, dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən aydın olur ki, hər/ ay nağd qaydada 53,19 manat ödəməklə, 18 ay müddətinə 957,47 manata OPPO A78 8/256GB Black, Vinil şəffaf, Vinil şəffaf, Paket XXXL, Plyonka istehsalı, Qızıl zəmanət Ultra 3 il Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, müqavilədən aydın olur ki, TGL TAC- 12CHSD/XA82 avadanlığı və zəmanət 3 il hər ay nağd qaydada 52,04 manat ödəməklə 24 ay müddətinə 1248,96 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. - ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən aydın olur ki, İPHONE 13 128 GB Starlight, Vinil şəffaf, Apple 20VV USB ADAPTER, Kaspersky Standart, Reklam bloklayıcı, Plyonka, Antivirusun quraşdırılması, Kontaktların köçürülməsi, Smartfonda məlumatın köçürülməsi, İT dəstək, Paket XXXL, Mobil tətbiqin yüklənməsi, Akkaunt yaradılması, Trade İN əlavə dəyərləndirmə, Qızıl zəmanət Ultra 3 il paketi 49,99 manat ilkin ödəniş olunmaqla hər ay nağd qaydada 124,78 manat ödəməklə, 18 ay müddətinə 2295,95 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il, müqavilədən aydın olur ki, X1 Mini Blue və Qızıl zəmantə ultra 2 il hər ay nağd qaydada 17,33 manat ödəməklə 6 ay müddətinə 103,96 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. Cavabdehin cəmi ödədiyi məbləğ 1465,55 manat təşkil etmişdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 425,52 manat əsas borca ödənilməmiş məbləğ və 42,55 manat cərimə olmaqla cəmi 468,07 manat borcu yaranmışdır. - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 832,64 əsas borca ödənilməmiş məbləğ 83,26 manat cərimə olmaqla cəmi 915,90 manat borcu yaranmışdır. - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1796,03 əsas borca ödənilməmiş məbləğ 179,60 manat cərimə , İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) olmaqla cəmi 1999,23 manat borcu yaranmışdır. - xx.xx.2025-ci il, tarixli müqavilə üzrə 86,65 əsas borca ödənilməmiş məbləğ 8,67 manat cərimə olmaqla, ümumilikdə 95,32 manat ödənilməmiş borcu yaranmışdır. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 54,79 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600.1. alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 411-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.1. hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Maddə 284-5.2.cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə, sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC ilə aralarında nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 425,52 manat əsas borca münasibətdə cavabdehdən 42,55 manat cərimə pulunun, xx.xx.2024-cü il, tarixli müqavilə üzrə 832,64 əsas borca münasibətdə 83,26 manat cərimə pulunun xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1796,03 əsas borca münasibətdə 179,60 manat cərimə pulunun xx.xx.2025-ci il, tarixli müqavilə üzrə 86,65 əsas borca münasibətdə 8,67 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə üzrə 17,0 manat, xx.xx.2024-cü il, tarixli müqavilə üzrə 33,0 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 72,0 manat xx.xx.2025-ci il, tarixli müqavilə üzrə 3,0 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın 54,79 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsumun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 425,52 manat əsas borc, 17,0 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqavilə üzrə 832,64 manat əsas borc 33,0 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1796,03 manat əsas borc 72,0 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat, xx.xx.2025 ci il tarixli müqavilə üzrə 86,65 manat əsas borc 3,0 manat cərimə və 54,79 manat dövlət rüsumu olmaqla cəmi 3344,23 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 121, 2938, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 425,52 (dörd yüz iyirmi beş əlli iki qəpik) manat əsas borc, 17,0 (on yeddi) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqavilə üzrə 832,64 (səkkiz yüz otuz iki manat altmış dörd qəpik) manat əsas borc, 33,0 (otuz üç) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1796,03 (min yeddi yüz doxsan altı manat üç qəpik) manat əsas borc, 72,0 (yetmiş iki) manat cərimə, xx.xx.2025 ci il tarixli müqavilə üzrə 86,65 ( səksən altı manat altmış beş qəpik əsas borc 3,0 (üç) manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat və 54,79 (əlli dörd manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu olmaqla - cəmi 3344,23 (üç min üç yüz qırx dörd manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Əliyev
Məhkəmə qərarları › İş №e-2(5-149)-24/2026
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-149)-24/2026
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver