Məhkəmə qərarları › İş №e-2(5-150)-114/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-150)-114/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(5-150)-114/2026 19.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3435,21 manat əsas borc və 54,50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3435,21 manat təşkil edən “Apple İphone 16 Pro Max 256 GB Desert Titanium” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 190,85 manat olmaqla, 18 ay müddətinə, ********* nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda heç bir ödəniş etməmişdir, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə borcu 3435,21 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2026-cı il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2025-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 18 ay müddətinə hər ay 190,85 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 3435,21 manat olan “Apple İphone 16 Pro Max 256 GB Desert Titanium” markalı telefon alınması ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3435,21 manat əsas borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3435,21 manat təşkil edən “Apple İphone 16 Pro Max 256 GB Desert Titanium” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 190,85 manat olmaqla, 18 ay müddətinə, ********* nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda heç bir ödəniş etməmişdir, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə borcu 3435,21 manat təşkil edir. Ona görə də, İddiaçı MMC Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3435,21 manat əsas borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MMC Cavabdeh 3435,21 manat əsas borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3435,21 manat əsas borc alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 54,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 54,50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3435,21 manat əsas borc və ödənilmiş 54,50 manat dövlət rüsumu, ümumilikdə 3489,71 (üç min dörd yüz səksən doqquz manat yetmiş bir qəpik) manat alınıb İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar