Məhkəmə qərarları › İş №e-2(5-150)-186/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-150)-186/2026

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(5-150)-186/2026 06.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1824 manat əsas borc, 182,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156,27 manat əsas borc, 15,63 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 49,16 manat əsas borc, 4,92 manat cərimə, hər üç müqavilə üzrə cəmi 2232,37 manat pulun və 42,33 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 11 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 152 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2747 manat olan robot tozsoran ROBOROCK almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 30,28 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 545,04 manat olan LENOVO notbuk almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 15,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 186 manat olan XİAOMİ REDMİ A3 almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1824 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə 156,27 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 49,16 manat, cəmi 2029,43 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 182,40 manat, 15,63 manat və 4,92 manat, cəmi 202,95 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, məhkəmə bildirişi Cavabdeh elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilsə də, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 11 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 152 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2747 manat olan robot tozsoran ROBOROCK alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 30,28 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 545,04 manat olan LENOVO notbuk alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 15,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 186 manat olan XİAOMİ REDMİ A3 alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 04 fevral 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1824 manat əsas borc, 182,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156,27 manat əsas borc, 15,63 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 49,16 manat əsas borc, 4,92 manat cərimə, ümumilikdə ödənilməmiş 2232,37 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 11 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 152 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2747 manat olan robot tozsoran ROBOROCK almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 30,28 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 545,04 manat olan LENOVO notbuk almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 15,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 186 manat olan XİAOMİ REDMİ A3 almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1824 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156,27 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 49,16 manat, cəmi 2029,43 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 182,40 manat, 15,63 manat və 4,92 manat, cəmi 202,95 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1824 manat əsas borc, 182,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156,27 manat əsas borc, 15,63 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 49,16 manat əsas borc, 4,92 manat cərimə, cəmi 2232,37 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1824 manat əsas borc, 182,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156,27 manat əsas borc, 15,63 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 49,16 manat əsas borc, 4,92 manat cərimə, cəmi 2232,37 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1824 manat əsas borc, 182,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156,27 manat əsas borc, 15,63 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 49,16 manat əsas borc, 4,92 manat cərimə, cəmi 2232,37 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 42,33 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42,33 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1824 manat əsas borc, 182,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156,27 manat əsas borc, 15,63 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 49,16 manat əsas borc, 4,92 manat cərimə, hər üç müqavilə üzrə cəmi 2232,37 (iki min iki yüz otuz iki manat otuz yeddi qəpik) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42,33 (qırx iki manat otuz üç qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar