Məhkəmə qərarları › İş №e-2(5-150)-88/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-150)-88/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(5-150)-88/2026 26.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızı, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 306,78 manat əsas borc, 30,68 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 157,96 manat əsas borc, 15,80 manat cərimə, hər iki müqavilə üzrə cəmi 511,21 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 50 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 43,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 840,92 manat olan HONOR X8B, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 46 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 52,83 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 679,96 manat olan POCO M6 PRO almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 306,78 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 157,96 manat, cəmi 464,74 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 30,68 manat və 15,80 manat, cəmi 46,48 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Cavabdeh tərəfindən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 50 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 43,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 840,92 manat olan HONOR X8B, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 46 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 52,83 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 679,96 manat olan POCO M6 PRO alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 09 yanvar 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2024-cü il tarixli müqavilə üzrə 306,78 manat əsas borc, 30,68 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 157,96 manat əsas borc, 15,80 manat cərimə, ümumilikdə ödənilməmiş 511,21 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 50 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 43,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 840,92 manat olan HONOR X8B, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 46 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 52,83 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 679,96 manat olan POCO M6 PRO almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 306,78 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 157,96 manat, cəmi 464,74 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 30,68 manat və 15,80 manat, cəmi 46,47 manat cərimə hesablanmışdır. Ona görə də İddiaçı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 306,78 manat əsas borc, 30,68 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 157,96 manat əsas borc, 15,80 manat cərimə, cəmi 511,21 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 306,78 manat əsas borc, 30,68 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 157,96 manat əsas borc, 15,80 manat cərimə, cəmi 511,21 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 306,78 manat əsas borc, 30,68 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 157,96 manat əsas borc, 15,80 manat cərimə, cəmi 511,21 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 306,78 manat əsas borc, 30,68 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 157,96 manat əsas borc, 15,80 manat cərimə, cəmi 511,21 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 541 (beş yüz qırx bir) manat 21 (iyirmi bir) qəpik alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar