Məhkəmə qərarları › İş №e-2(5-151)-141/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-151)-141/2026

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(5-151)-141/2026 19.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə XLN001252 saylı xx.xx.2024-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 80 AZN borcun, 12 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırkı işə ərazi aidiyyətinə görə Sabirabad Rayon Məhkəməsində deyil, məhz cavabdehin yaşadığı (qeydiyyatda olduğu) yer üzrə Suşa Rayon Məhkəməsində baxılmalı olduğundan ərizə geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemində yoxlamadan məlum olur ki, cavabdehin yaşayış yeri kimi ünvan 1 ünvanı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-152-ci, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə iddia ərizə verilməsi üçün Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinin hesabına (qəbz nömrəsi **********) ödənilmiş dövlət rüsumu məbləği – 30 manat vəsait «Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar