Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(5-151)-176/2026 26.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə 26 fevral 2026-cı il tarixdə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “nisyə alqı-satqı üzrə yaranmış borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Beko soyuducu, samsung tozsoran üçün, 719.65 manat ödənilməmiş hissə, 71.97 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********24167 olan İphone 13 markalı telefon, apple adapter, paket apple xidməti üçün 551.06 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 55.11 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Hoffmann mini soba üçün 57.52 manat ödənilməmiş hissə, 5.75 manat dəbbə borcu olmaqla ümumilikdə 1484.65 manat borc, 34.85 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, Beko soyuducu, samsung tozsoran, İmei kodu **********24167 olan İphone 13 markalı telefon, apple adapter, paket apple xidməti, Hoffmann mini soba almış və nəticədə 1484.65 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1296 manat (18 ay x 72 manat + 0 manat ilkin ödəniş) olan Beko soyuducu, samsung tozsoran üçün ümumilikdə, 791.62 manat olmaqla ondan, 719.65 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 71.97 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1395.72 manat (12 ay x 103.81 manat + 150 manat ilkin ödəniş) olan İmei kodu **********24167 olan İphone 13 markalı telefon, apple adapter, paket apple xidməti üçün ümumilikdə, 629.77 manat olmaqla ondan, 551.06 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 55.11 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 99 manat (12 ay x 8.25 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann mini soba üçün ümumilikdə, 63.27 manat olmaqla ondan, 57.52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.75 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1462.49 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə Beko soyuducu, samsung tozsoranı alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 12 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə İmei kodu **********24167 olan İphone 13 markalı telefon, apple adapter, paket apple xidmətini alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 12 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə Hoffmann mini sobanı alıcı Cavabdeh satmışdır. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2026-cı il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 576.35 manat ödəniş etmiş, hazırda onun 719.65 manat ödənilməmiş hissə, 71.97 manat dəbbə pulu cəmi İddiaçı MMC-yə 791.62 manat borcu mövcuddur. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2026-cı il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 844.66 manat ödəniş etmiş, hazırda onun 551.06 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 55.11 manat dəbbə pulu cəmi İddiaçı MMC-yə 629.77 manat borcu mövcuddur. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2026-cı il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 41.48 manat ödəniş etmiş, hazırda onun 57.52 manat ödənilməmiş hissə və 5.75 manat dəbbə pulu cəmi İddiaçı MMC-yə 63.27 manat borcu mövcuddur. Sözügedən müqavilələrin mahiyyəti və müqavilə əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli Müqavilənin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təsfir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli və xx.xx.2025-ci il tarixli Nisyə Alqı-Satqı Müqaviləsindən əmələ gəlmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Beləliklə məhkəmə işin araşdırılmış hallarına və qanunvericiliyin istinad edilən müddəalarına əsaslanıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli (nisyə alqısatqı) Müqavilə əsasında İddiaçı MMC-dən aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olsa da, lakin müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan iddiaçı təşkilat İddiaçı MMC həmin müqavilələr üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Ona görə də ABC-Telecom» MMC ilə Cavabdeh arasında bağlanmış ümumilikdə 3 müqavilədən yaranmış cəmi 1461.06 AZN əsas borc cavabdehdən tutulub iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin İnnovativ Layihələr Mərkəzi Rüsumunun əvəzi 23.60 manat pulun cavabdehdən tutulması hissəsində iddiaçı təşkilat sübut təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə tələbin iddia qaldırılması üçün 34.85 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın qismən təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 34.85 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 719.65 AZN əsas borc və 71.97 AZN cərimə (dəbbə) borcu; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 551.06 AZN əsas borc və 55.11 AZN cərimə (dəbbə) borcu və İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 57.52 AZN əsas borc və 5.75 AZN cərimə (dəbbə) borcu olmaqla ümumilikdə 1461.06 (bir min dörd yüz altmış bir manat altı qəpik) AZN borc və məhkəmə iddiası ilə bağlı ödənilmiş dövlət rüsumunun 30 (otuz) AZN hissəsi Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(5-151)-176/2026
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-151)-176/2026
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver