Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(5-151)-21/2026 06.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə 06 fevral 2026-cı il tarixdə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “nisyə alqı-satqı üzrə yaranmış borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Hisense TV, zəmanət + 2 il xidməti üçün 1025.82 manat ödənilməmiş hissə, 102.58 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Beko paltaryuyan, zəmanət + 3 il xidməti üçün 913.98 manat ödənilməmiş hissə, 91.40 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Philips tozsoran, qızıl zəmanət ultra 3 il xidməti üçün 384.96 manat ödənilməmiş hissə, 38.50 manat dəbbə borcu olmaqla ümumilikdə 2557.24 manat borc, 45.58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, Hisense TV, zəmanət + 2 il xidməti, Beko paltaryuyan, zəmanət + 3 il xidməti, Philips tozsoran, qızıl zəmanət ultra 3 il xidməti almış və nəticədə 2557.24 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1025.82 manat (18 ay x 56.99 manat + 0 manat ilkin ödəniş) olan Hisense TV, zəmanət + 2 il xidməti üçün ümumilikdə, 1128.40 manat olmaqla ondan, 1025.82 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 102.58 manat cərimə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 913.98 manat (6 ay x 152.33 manat + 0 manat ilkin ödəniş) olan Beko paltaryuyan, zəmanət + 3 il xidməti ümumilikdə, 1005.38 manat olmaqla ondan, 913.98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 91.40 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 384.96 manat (12 ay x 32.08 manat + 0 manat ilkin ödəniş) olan Philips tozsoran, qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə, 423.46 manat olmaqla ondan, 384.96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.50 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə Hisense TV, zəmanət + 2 il xidmətini alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 6 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə Beko paltaryuyan, zəmanət + 3 il xidmətini alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 12 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə Philips tozsoran, qızıl zəmanət ultra 3 il xidmətiı alıcı Cavabdeh satmışdır. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh ümumilikdə üç müqavilə üzrə cəmi 2557.24 manat borcu mövcuddur. Sözügedən müqavilələrin mahiyyəti və müqavilə əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli Müqavilələrin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqısatqı) olaraq təsfir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli Nisyə Alqı- Satqı Müqavilələrindən əmələ gəlmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Beləliklə məhkəmə işin araşdırılmış hallarına və qanunvericiliyin istinad edilən müddəalarına əsaslanıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli (nisyə alqı-satqı) Müqavilələri əsasında İddiaçı MMCdən aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olsa da, lakin müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan iddiaçı təşkilat İddiaçı MMC həmin müqavilələr üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Ona görə də ABC-Telecom» MMC ilə Cavabdeh arasında bağlanmış ümumilikdə 3 müqavilədən yaranmış cəmi 2557.24 AZN əsas borc cavabdehdən tutulub iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Məhkəmə tələbin iddia qaldırılması üçün 45.58 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 45.58 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 1025.82 AZN əsas borc və 102.58 AZN cərimə (dəbbə) borcu; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 913.98 AZN əsas borc və 91.40 AZN cərimə (dəbbə) borcu və İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Müqavilə üzrə yaranmış 384.96 AZN əsas borc və 38.50 AZN cərimə (dəbbə) borcu olmaqla ümumilikdə 2557.24 (iki min beş yüz əlli yeddi manat iyirmi dörd qəpik) AZN borc və məhkəmə iddiası ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 45.58 (qırx beş manat əlli səkkiz qəpik) Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(5-151)-21/2026
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-151)-21/2026
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver