Məhkəmə qərarları › İş №e-2(5-151)-277/2026

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-151)-277/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(5-151)-277/2026 16.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən, satıcı İmei kodu **********74397 SAMSUNG GALAXY A15, SAMSUNG CHARGER, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir.

3. Müqavilənin 4.4-cü bəndinə əsasən müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda ABC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.

4. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 531 manat, qaytarılma müddəti 10 ay, aylıq ödəniş 50.9 manat ,ilkin ödəniş 22 manat müəyyənləşdirilmişdir.

5. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

6. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, satıcı İmei kodu **********24650 SAMSUNG GALAXY A26, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

7. Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir.

8. Müqavilənin 4.4-cü bəndinə əsasən müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda ABC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.

9. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 791.16 manat, qaytarılma 12 ay, aylıq ödəniş 63.18 manat, ilkin ödəniş 33 manat müəyyənləşdirilmişdir.

10. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

11. xx.xx.2026-cı il tarixli maliyyə arayışı və ödəniş cədvəlinə əsasən xx.xx.2025ci il tarixli, ********** nömrəli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 531 manat, ilkin ödəniş 22 manat olmaqla, aylıq 50.9 manat ödəmək şərti ilə 10 aylıq ödəniş müddəti və xx.xx.2025-ci il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 791.16 manat, ilkin ödəniş 33 manat olmaqla, aylıq 63.18 manat ödəmək şərti ilə 12 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda hər iki müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 961.62 manat, cərimə 96.17 manat məbləğdədir.

12. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin 03 iş günü ərzində tam şəkildə ödənilməsi təklif olunmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

13. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən, satıcı İmei kodu **********74397 SAMSUNG GALAXY A15, SAMSUNG CHARGER, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 203.46 manat ödənilməmiş hissə,İnnovativ Layihələr Mərkəzinə odənilən 23.6 manat rüsum 20.35 manat cərimə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, satıcı İmei kodu **********24650 SAMSUNG GALAXY A26, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidmət iüçün 758.16 manat ödənilməmiş hissə, 75.82 manat cərimə olmaqla, ümumilikdə 1104.98 manat borc, 31.05 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli,********** nömrəli və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kodu **********74397 SAMSUNG GALAXY A15, SAMSUNG CHARGER, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti və İmei kodu **********24650 SAMSUNG GALAXY A26, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti almış və nəticədə 203.46 manat əsas borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli,********** nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 531 manat olan İmei kodu **********74397 SAMSUNG GALAXY A15, SAMSUNG CHARGER, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün ümumilikdə, 223.81 manat olmaqla ondan, 203.46 manat ödənilməmiş hissə, 20.35 manat cərimə, xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 791.16 manat olan İmei kodu **********24650 SAMSUNG GALAXY A26, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti üçün ümumilikdə 833.98 manat olmaqla ondan, 758.16 manat ödənilməmiş hissə,75.82 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 360.54 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il tarixli,********** nömrəli və xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. b) iddiaya etiraz

15. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

20. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

21. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqaviləyə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli,********** nömrəli müqaviləyə əsasən cavabdeh İmei kodu **********74397 SAMSUNG GALAXY A15, SAMSUNG CHARGER, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti almış, əşyanın qiyməti 531 manat,aylıq ödəniş 50.9 manat olaraq razılaşdırılmış, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh İmei kodu **********24650 SAMSUNG GALAXY A26, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti almış, əşyanın qiyməti 791.16 manat, aylıq ödəniş 63.18 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.

22. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq xx.xx.2025-ci il tarixli,********** nömrəli müqavilə üzrə 203.46 manat ödənilməmiş hissə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 758.16 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 961.62 manat borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

23. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia tələbi əsaslıdır.

24. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.

25. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. 26 Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2025-ci il tarixli,********** nömrəli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə hesablanmış 96.17 manat dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.

27. İddiaçı eyni zamanda İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat məbləğdə dövlət rüsumunun qaytarılmasını da tələb edir ki, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz.

28. İddiaçı tərəfindən bu hissədə tələbin əsası kimi İnnovativ Layihələr Mərkəzi və "xxxx" MMC arasında bağlanmış təhvlil təslim aktı, iddiaçı tərəfindən rüsumun ödənildiyi ilə bağlı arayış təqdim edilmişdir.

29. Məhkəmə qeyd edir ki, müqavilə şərti olaraq İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq ediləcəyi razılaşdırılsa da, iddiaçı tərəfindən təqdim edilən nə təhviltəslim aktı, nə də birtərəfli qaydada tərtib edilmiş arayışla belə bir xidmətdən istifadə edildiyi, istifadə edilmişsə qiymətin hansı tariflər əsasında hesablandığı müəyyən olunmur.

30. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə münasib 30 manat hisssəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan əsas borc, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 203.46 manat ödənilməmiş hissə, 20.35 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 758.16 manat ödənilməmiş hissə, 75.82 manat cərimə pulu olmaqla, ümumilikdə, 1057,79 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar