Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(5-151)-3/2026 06.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə 06 fevral 2026-cı il tarixdə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən İmei kodu **********70992 olan İphone 15 Pro markalı telefon, apple adapter, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün 1590.89 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat və 159.09 manat cərimə borcu olmaqla, ümumilikdə 1773.58 manat borc və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 37.74 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən, İmei kodu **********70992 olan İphone 15 Pro markalı telefon, apple adapter, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti almış və nəticədə 1773.58 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4216.86 manat (18 ay x 234.27 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********70992 olan İphone 15 Pro markalı telefon, apple adapter, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün ümumilikdə 1773.58 manat olmaqla, ondan, 1590.89 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat və müştəriyə güzəşt olunaraq 159.09 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2625.97 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 16951698№-li Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə İmei kodu **********70992 olan İphone 15 Pro markalı telefon, apple adapter, paket apple xidməti, qızıl zəmanət ultra 1 il xidmətini alıcı Cavabdeh satmışdır. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 16951698№-li müqavilə üzrə 2625.97 manat ödəniş etmiş, hazırda onun 1590.89 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat və 159.09 manat dəbbə pulu, cəmi İddiaçı MMCyə 1773.58 manat borcu mövcuddur. Sözügedən müqavilənin mahiyyəti və müqavilə əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 16951698№-li Müqavilənin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təsfir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 16951698№li Nisyə Alqı-Satqı Müqaviləsindən əmələ gəlmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Beləliklə məhkəmə işin araşdırılmış hallarına və qanunvericiliyin istinad edilən müddəalarına əsaslanıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 16951698№-li (nisyə alqı-satqı) Müqavilə əsasında İddiaçı MMC-dən aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olsa da, lakin müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan iddiaçı təşkilat İddiaçı MMC həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Ona görə də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 16951698№-li (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 1590.89 AZN əsas borc cavabdehdən tutulub iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 159.09 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə xx.xx.2024-cü il tarixli 16951698№-li Nisyə alqı-satqı müqaviləsindən irəli gələn əsas borcun 1590.89 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 159.09 manat cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksəkdir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin İnnovativ Layihələr Mərkəzi Rüsumunun əvəzi 23.60 manat pulun cavabdehdən tutulması hissəsində iddiaçı təşkilat sübut təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddianın qismən təmin olunduğu nəzərə alınaraq, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 16951698№-li (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 1590.89 AZN əsas borc və 50 AZN cərimə (dəbbə) borcu olmaqla, ümumilikdə 1640.89 (bir min altı yüz qırx manat səksən doqquz qəpik) AZN məbləğində pul vəsaiti və məhkəmə iddiası ilə bağlı ödənilmiş dövlət rüsumunun 30 (otuz) AZN hissəsi Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(5-151)-3/2026
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-151)-3/2026
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver