Məhkəmə qərarları › İş №e-2(5-151)-379/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-151)-379/2026

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(5-151)-379/2026 13.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, İddiaçı - cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı - cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 104000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının irəli sürdüyü mübahisə, aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə aid olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə göründüyü kimi hazırkı mülki iş üzrə İddiaçı fiziki şəxs olsa da, lakin o, fərdi sahibkar statusunda olmaqla, fəaliyyəti VÖEN (**********) əsasında kənd təsərrüfatı məhsullarının istehsalina aid edilir və hazırkı mübahisənin predmeti də xam pambığın alqısatqısından yaranmış borcun tələb edilməsi ilə bağlıdır. Məhkəmə işin aidiyyət məsələsinin araşdırılan hallarına, istinad olunan prosessual hüquq normalarına əsaslanıb və hazırkı iş üzrə mübahisə tərəflərinin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə mübahisə tərəflərindən İddiaçı fərdi sahibkar statusunda fiziki şəxs olduğu, cavabdeh təşkilatın isə hüquqi şəxs olduğu hallarda, həmçinin onların arasındakı araşdırma predmeti kommersiya mübahisəsi olaraq iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yarandığından hazırkı iddia tələbinə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 25-26, 31, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı - cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, həmin tələblə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar