Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(5-152)-325/2026 16.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Vəliyevin sədrliyi X1 oğlunun katibliyi ilə "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********91286 XİAOMİ REDMİ 13C, PAKET M XİDMƏTİ üçün, 144.98 manat ödənilməmiş hissə, 14.50 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LENOVO KOMPUTER, WİNDOWS 11,QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün 518.68 manat ödənilməmiş hissə, 51.87 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********16602 XİAOMİ REDMİ 13 üçün 243.24 manat ödənilməmiş hissə, 24.3 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********11732 HONOR X6B üçün 221.8 manat ödənilməmiş hissə, 22.18 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, YUYUCU TOZSORAN üçün 261 manat ödənilməmiş hissə, 26.10 manat cərimə, ümumilikdə 1528.67 manat borc və 35,29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddianı onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrə əsasən İmei kod **********91286 XİAOMİ REDMİ 13C,PAKET M XİDMƏTLİE, NOVO KOMPUTER, WİNDOWS 11, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ İmei kod **********16602 XİAOMİ REDMİ 13, İmei kod **********11732 HONOR X6B,YUYUCU TOZSORAN almış və nəticədə 1528.67(min beş yüz iyirmi səkkiz,67 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 332.46(üç yüz otuz iki,46 qəpik) manat (18 ay x 18.47 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********91286 XİAOMİ REDMİ 13C,PAKET M XİDMƏTİ üçün 159.48(yüz əlli doqquz,48 qəpik) manat olmaqla ondan, 144.98(yüz qırx dörd,98 qəpik) manat ödənilməmiş hissə, 14.50(on dörd,50 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1063.08(min altmış üç,8 qəpik) manat (18 ay x 59.06 manat + 0 manat ilkin ödəniş) olan LENOVO KOMPUTER, WİNDOWS 11,QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün 570.55(beş yüz yetmiş,55 qəpik) manat olmaqla ondan 518.68(beş yüz on səkkiz, 68 qəpik) manat ödənilməmiş hissə, 51.87(əlli bir,87 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 401.94(dörd yüz bir,94 qəpik ) manat (18 ay x 22.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********16602 XİAOMİ REDMİ 13 üçün 267.6(iki yüz altmış yeddi,60 qəpik) manat olmaqla ondan 243.24(iki yüz qırx üç,24 qəpik ) manat ödənilməmiş hissə, 24.3(iyirmi dörd, 30 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 313.02(üç yüz on üç, 2qəpik ) manat (18 ay x 17.39 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********11732 HONOR X6B üçün 244(iki yüz qırx dörd) manat olmaqla ondan 221.8(iki yüz iyirmi bir, 80 qəpik) manat ödənilməmiş hissə, 22.18(iyirmi iki,18 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 313.02(üç yüz on üç,2 qəpik) manat (24 ay x 14.5 manat + 0 manat ilkin ödəniş) olan YUYUCU TOZSORAN üçün 287.10(iki yüz səksən yeddi 10 qəpik) manat olmaqla ondan 261(iki yüz altmış bir) manat ödənilməmiş hissə, 26.10(iyirmi altı, 10 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3246.36 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrə əsasən İmei kod **********91286 XİAOMİ REDMİ 13C,PAKET M XİDMƏTLİE, NOVO KOMPUTER, WİNDOWS 11, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ İmei kod **********16602 XİAOMİ REDMİ 13, İmei kod **********11732 HONOR X6B,YUYUCU TOZSORAN almış və nəticədə 1528.67(min beş yüz iyirmi səkkiz,67 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 332.46(üç yüz otuz iki,46 qəpik) manat (18 ay x 18.47 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********91286 XİAOMİ REDMİ 13C,PAKET M XİDMƏTİ üçün 159.48(yüz əlli doqquz,48 qəpik) manat olmaqla ondan, 144.98(yüz qırx dörd,98 qəpik) manat ödənilməmiş hissə, 14.50(on dörd,50 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1063.08(min altmış üç,8 qəpik) manat (18 ay x 59.06 manat + 0 manat ilkin ödəniş) olan LENOVO KOMPUTER, WİNDOWS 11,QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün 570.55(beş yüz yetmiş,55 qəpik) manat olmaqla ondan 518.68(beş yüz on səkkiz, 68 qəpik) manat ödənilməmiş hissə, 51.87(əlli bir,87 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 401.94(dörd yüz bir,94 qəpik ) manat (18 ay x 22.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********16602 XİAOMİ REDMİ 13 üçün 267.6(iki yüz altmış yeddi,60 qəpik) manat olmaqla ondan 243.24(iki yüz qırx üç,24 qəpik ) manat ödənilməmiş hissə, 24.3(iyirmi dörd, 30 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 313.02(üç yüz on üç, 2qəpik ) manat (18 ay x 17.39 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********11732 HONOR X6B üçün 244(iki yüz qırx dörd) manat olmaqla ondan 221.8(iki yüz iyirmi bir, 80 qəpik) manat ödənilməmiş hissə, 22.18(iyirmi iki,18 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 313.02(üç yüz on üç,2 qəpik) manat (24 ay x 14.5 manat + 0 manat ilkin ödəniş) olan YUYUCU TOZSORAN üçün 287.10(iki yüz səksən yeddi 10 qəpik) manat olmaqla ondan 261(iki yüz altmış bir) manat ödənilməmiş hissə, 26.10(iyirmi altı, 10 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3246.36 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********91286 XİAOMİ REDMİ 13C, PAKET M XİDMƏTİ üçün 144.98 (yüz qırx dörd manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 14.50 (on dörd manat əli qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LENOVO KOMPUTER, WİNDOWS 11,QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün 518.68 (beş yüz on səkkiz manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 51.87 (əlli bir manat səksən yeddi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********16602 XİAOMİ REDMİ 13 üçün 243.24(iki yüz qırx üç manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 24.3 (iyirmi dörd manat otuz qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********11732 HONOR X6B üçün 221.8 (iki yüz iyirmi bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 22.18 (iyirmi iki manat on səkkiz qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, YUYUCU TOZSORAN üçün 261(iki yüz altmış bir) manat ödənilməmiş hissə, 26.10 (iyirmi altı manat on qəpik) manat cərimə, ümumilikdə 1528.67 (min beş yüz iyirmi səkkiz manat altmış yeddi qəpik) manat borc və 35,29 (otuz beş manat iyirmi doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Məhkəmə hesab edir ki, qətnamədən rəsmi qaydada verildiyi gündən (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 10- 1, 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********91286 XİAOMİ REDMİ 13C, PAKET M XİDMƏTİ üçün 144.98 (yüz qırx dörd manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 14.50 (on dörd manat əli qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LENOVO KOMPUTER, WİNDOWS 11,QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün 518.68 (beş yüz on səkkiz manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 51.87 (əlli bir manat səksən yeddi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********16602 XİAOMİ REDMİ 13 üçün 243.24(iki yüz qırx üç manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 24.3 (iyirmi dörd manat otuz qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********11732 HONOR X6B üçün 221.8 (iki yüz iyirmi bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 22.18 (iyirmi iki manat on səkkiz qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, YUYUCU TOZSORAN üçün 261(iki yüz altmış bir) manat ödənilməmiş hissə, 26.10 (iyirmi altı manat on qəpik) manat cərimə, ümumilikdə 1528.67 (min beş yüz iyirmi səkkiz manat altmış yeddi qəpik) manat borc və 35,29 (otuz beş manat iyirmi doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №e-2(5-152)-325/2026
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-152)-325/2026
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver