Məhkəmə qərarları › İş №e-2(5-152)-8/2026

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-152)-8/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(5-152)-8/2026 16.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra –Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 4 ədəd yataq dəsti, 2 ədəd X2 Buds 6, Mega Qazan üçün, 520.84 (beş yüz iyirmi manat, 84 qəpik) manat ödənilməmiş hissə, 52.08 (əlli iki manat, 8 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, Yupiter asqı, X1 2 il xidməti, Samsung Tv üçün, 477.94 (dörd yüz yetmiş yeddi manat, 94 qəpik) manat ödənilməmiş hissə, 47.79 (qırx yeddi manat, 79 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Qaz Kalonkası HOFFMANN, X1 3 il xidmət üçün, 232.86 (iki yüz otuz altı manat, 86 qəpik) manat ödənilməmiş hissə, 23.29 (iyirmi üç manat, 29 qəpik) manat cərimə olmaqla, cəmi 1354.80 manat borc, 33.55 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı0ş5.11.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, 4 ədəd yataq dsti, 2 ədəd X2 Buds 6, Mega Qazan, Yupiiter asqı, X1 2 il xidməti, Samsung Tv, Qaz kalonkası HOFFMANN, Qıızıl zəmanət ultra 3 il xidməti almış və nəticədə 1354.80 (min üç yüz əlli dörd manat, 80 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 609.84 (altı yüz doqquz manat, 84 qəpik) manat (18 ay x 33.88 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd yataq dsti, 2 ədəd X2 Buds 6, Mega Qazan üçün ümumilikdə, 572.92 (beş üyz yetmiş iki manat, 92 qəpik ) manat olmaqla ondan, 520.84 (beş yüz iyirmi manat, 84 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52.08 (əlli iki manat, 8 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1769.04 (min yedi yüz altmış doqquz manat, 4 qəpik) manat (18 ay x 98.28 manat + 0 manat ilkin ödəniş) olan YUPİTER asqı, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG TüçVün ümumilikdə, 525.73 (nbeş yüz iyirmi beş manat, 73 qəpik) olmaqla ondan, 477.94 (dörd yüz yetmiş yeddi manat, 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.79 (qırx yeddi manat, 79 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 397.26 (üç yüz doxsan yeddi manat, 26 qəpik) manat (18 ay x 22.07 manat + 0 manat ilkin ödəniş) olan QAZKALONKASİ HOFFMANN, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti üçün ümumilikdə, 256.15 (iki yüz əlli altı manat, 15 qəpik ) manat olmaqla ondan, 232.86 (iki yüz otuz altı manat, 86 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.29 (iyirmi üç manat, 29 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1544.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, iddiaya qarşı heç bir etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Yupiter asqı, Qızıl Zəmanət 02 il xitmət üçün və Samsung markalı televizoru cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Qaz Kalonkası HOFFMANN, X1 3 il xidməti ilə birlikdə cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən , 4 ədəd yataq dəsti, 2 ədəd XİAOMİ REDMİ BUDS 6, Mega Qazan cavabdehə satılmışdır. İş materiallarında olan Təhvil-Təslim aktlardan görünür ki, müqavilə predmeti olan əşyalar alıcı qismində müqavilə tərəfi olan Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçının 24 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 477.94 manat ödənilməmiş hissə, 47.79 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 232.86 manat məbləğində ödənilməmiş hissə, 23.29 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 520.84 manat ödənilməmiş hissə, 52.08 manat cərimə borcu olmaqla, cəmi 1354.80 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 33.55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 47.79 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 23.40 manat məbləğində pul tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən hesablanmış 23.29 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 11.65 manat məbləğində pul tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən hesablanmış 52.08 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 26.04 manat məbləğində pul tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 477.94 (dörd yüz yetmiş yeddi manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 23.40 (iyirmi üç manat qırx qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 232.86 (iki yüz otuz iki manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 11.65 (on bir manat altmış beş qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 520.84 (beş yüz iyirmi manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 26.04 (iyirmi altı manat dörd qəpik) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 32.94 (otuz iki manat doxsan dörd qəpik) manat olmaqla, cəmi 1325.67 ( bir min üç yüz iyitmi beş manat altmış yeddi qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 477.94 (dörd yüz yetmiş yeddi manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 23.40 (iyirmi üç manat qırx qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 232.86 (iki yüz otuz iki manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 11.65 (on bir manat altmış beş qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 520.84 (beş yüz iyirmi manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 26.04 (iyirmi altı manat dörd qəpik) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 32.94 (otuz iki manat doxsan dörd qəpik) manat olmaqla, cəmi 1325.67 ( bir min üç yüz iyitmi beş manat altmış yeddi qəpik) manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar