Azərbaycan Respublikası adından Qərardad Samux rayonu İş № e-2(5-153)-209/2026 06.03.2026 SAMUX RAYON MƏHKƏMƏSI Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı «xxxx» MMC cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən «xxxx» MMC-nin xeyrinə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 1676.31 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 167.63 manat cərimə olmaqla ümumilikdə 1843.94 manat borcun və ödənilmiş 38.44 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi məhkəməyə ərazi aidiyyəti qaydaları pozulmaqla verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyənləşdirilmişdir ki, cavabdeh Gəncə şəhəri, X1 ev 64 ünvanında qeydiyyatdadır. İddiaçı iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməli olduğu halda qanunvericiliyin ərazi aidiyyatı ilə bağlı qaydalarına riayət etməmişdir. Məhz həmin əsasla da hazırki iddia tələbinə Samux Rayon Məhkəməsində baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 36.3, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı “pul” tələbinə tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı İddiaçı tərəfindən ödənilmiş 38.44 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(5-153)-209/2026
Samux Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-153)-209/2026
06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver