Məhkəmə qərarları › İş №e-2(5-153)-70/2026

Samux Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-153)-70/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Samux rayonu İş № e-2(5-153)-70/2026 13.03.2026 SAMUX RAYON MƏHKƏMƏSI Hakim Kərimova Tərifə Əbülfət qızı, İddiaçı «xxxx» MMC-nin və cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı «xxxx» MMC cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 134,04 manat ödənilməmiş əsas borc 13,40 manat cərimə borcu olmaqla ümumilikdə 147,44 manat pulun alınaraq «xxxx» MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı «xxxx» MMC ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdeh Cavabdeh borc öhdəliyini tam şəkildə yerinə yetirdiyi üçün iddiadan imtina etdiyini bildirmiş, iddia ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 260, 263-264, 267- 268-cı maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı «xxxx» MMC-nin cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar