Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(5-155)-1467/2026 17.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərazi aidiyyəti) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 3 il xidməti, paltaryuyan Hoffmann üçün 429.00 (dörd yüz iyirmi doqquz manat 00 qəpik) manat ödənilməmiş hissə, 42.90 (qırx iki manat 90 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd vinil şəffaf, qızıl zəmanət ultra 2 il xidməti, paket l xidməti, İmei kod **********72410 OPPO A38 üçün 341.00 (üç yüz qırx bir manat 00 qəpik) manat ödənilməmiş hissə, 34.10 (otuz dörd manat 10 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Hoffmann TV üçün 184.40 (yüz səksən dörd manat 40 qəpik) manat ödənilməmiş hissə, 18.44 (on səkkiz manat 44 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********26806 Xiaomi Redmi 14C üçün 79.74 (yetmiş doqquz manat 74 qəpik) manat ödənilməmiş hissə, 7.97 (yeddi manat 97 qəpik) manat cərimə olmaqla, Ümumilikdə 1137.55 manat borc, 31.38 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Qanunun qeyd edilən tələblərindən görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
5. “Elektron məhkəmə” informasiya sistemindən hazırkı iş üzrə cavabdehə dair şəxsi məlumat qrafasından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Səlimov X2 rayonu, ünvan 1i ünvanında qeydiyyatdadır.
6. Göründüyü kimi iddiaçı Cəlilabad Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, səhvən Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.
7. Odur ki, cavabdehin rəsmi qeydə alındığı yer Sumqayıt şəhəri olmadığından, məhkəmə də hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.
8. Beləliklə, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə görə geri qaytarılmalıdır.
9. Göstərilənlərə əsasən və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2026-cı il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 31.38 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva