Məhkəmə qərarları › İş №e-2(5-155)-148/2026

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-155)-148/2026

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(5-155)-148/2026 10.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən imei kodu **********82012 olan “İphone 16 Pro Max” markalı telefon üçün 3057,1 manat ödənilməmiş hissə, 305,71 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən imei kodu **********67378 olan “İphone 16 Pro” markalı telefon üçün 2272,98 manat ödənilməmiş hissə, 227,30 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən imei kodu **********06501 olan “İphone 16 Pro” markalı telefon üçün 2079,75 manat ödənilməmiş hissə, 207,98 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 6 ədəd stul, best – jurnal masa, yasemen – yumşaq – künc divan, asıl – qonaq – masa üçün 1649 manat ödənilməmiş hissə, 164,90 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kodu **********93254 olan “İphone 16” markalı telefon üçün 806,65 manat ödənilməmiş hissə, 80,68 manat dəbbə, olmaqla, ümumilikdə 10852,03 manat borcun və 122,56 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, Cavabdeh imei kodu **********82012 olan “İphone 16 Pro Max” markalı telefon, imei kodu **********67378 olan “İphone 16 Pro” markalı telefon, imei kodu **********06501 olan “İphone 16 Pro” markalı telefon, əsasən 6 ədəd stul, best – jurnal masa, yasemen – yumşaq – künc divan, asıl – qonaq – masa, imei kodu **********93254 olan “İphone 16” markalı telefon almış və nəticədə 10852,03 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3956,04 manat olan, imei kodu **********82012 olan “İphone 16 Pro Max” markalı telefon üçün ümumilikdə 3362,81 manat olmaqla ondan, 3057,1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 305,71 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3222,98 manat olan, imei kodu **********67378 olan “İphone 16 Pro” markalı telefon üçün ümumilikdə 2500,28 manat olmaqla ondan, 2272,98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 227,30 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3274,16 manat olan, imei kodu **********06501 olan “İphone 16 Pro” markalı telefon üçün ümumilikdə 2287,73 manat olmaqla ondan, 2079,75 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 207,98 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1852 manat olan, 6 ədəd stul, best – jurnal masa, yasemen – yumşaq – künc divan, asıl – qonaq – masa üçün ümumilikdə 1813,90 manat olmaqla ondan, 1649 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 164,90 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2666,04 manat olan, imei kodu **********93254 olan “İphone 16” markalı telefon üçün ümumilikdə 887,32 manat olmaqla ondan, 806,65 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80,68 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5105,74 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər.

Tərəflərin mövqeləri:

3. İddiaçı Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 967738 nömrəli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyylənləşdirilən məbləğ limiti həddində mal xidmətləri “ABC”-yə sifariş verir, “ABC” həmin malı müqavilədə göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada “ABC”-yə ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən müştəri qəbul və bəyan edir ki, 0(055)294-78- 98 mobil nömrəsi onun istifadəsindədir. Müştəri, həmçinin bu mobil nömrədən göndərilən sms məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin sms məzmunlar və məlumatlar bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrədən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır.

6. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 967738 nömrəli müqaviləyə əsasən Cavabdeh imei kodu **********93254 olan “İphone 16” markalı telefonun pulunu 12 ay müddətinə hissə-hissə, aylıq 222,17 manat məbləğində pul vəsaitinin ödənilməsi şərtilə almışdır.

7. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 967738 nömrəli müqaviləyə əsasən Cavabdeh imei kodu **********82012 olan “İphone 16 Pro Max” markalı telefonun pulunu 18 ay müddətinə hissə-hissə, aylıq 219,78 manat məbləğində pul vəsaitinin ödənilməsi şərtilə almışdır.

8. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 967738 nömrəli müqaviləyə əsasən Cavabdeh imei kodu **********06501 olan “İphone 16 Pro” markalı telefonun pulunu 12 ay müddətinə hissə-hissə, aylıq 231,18 manat məbləğində pul vəsaitinin ödənilməsi şərtilə almışdır.

9. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 967738 nömrəli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyylənləşdirilən məbləğ limiti həddində mal xidmətləri “ABC”-yə sifariş verir, “ABC” həmin malı müqavilədə göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada “ABC”-yə ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən müştəri qəbul və bəyan edir ki, 0(055)294-78- 98 mobil nömrəsi onun istifadəsindədir. Müştəri, həmçinin bu mobil nömrədən göndərilən sms məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin sms məzmunlar və məlumatlar bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrədən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır.

10. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli, 967738 nömrəli müqaviləyə əsasən Cavabdeh 6 ədəd stul, best – jurnal masa, yasemen – yumşaq – künc divan, asıl – qonaq – masanın pulunu 18 ay müddətinə hissə-hissə, aylıq 97 manat məbləğində pul vəsaitinin ödənilməsi şərtilə almışdır.

11. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 967738 nömrəli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyylənləşdirilən məbləğ limiti həddində mal xidmətləri “ABC”-yə sifariş verir, “ABC” həmin malı müqavilədə göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada “ABC”-yə ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən müştəri qəbul və bəyan edir ki, 0(055)294-78- 98 mobil nömrəsi onun istifadəsindədir. Müştəri, həmçinin bu mobil nömrədən göndərilən sms məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin sms məzmunlar və məlumatlar bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrədən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır.

12. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli, 967738 nömrəli müqaviləyə əsasən Cavabdeh imei kodu **********67378 olan “İphone 16 Pro” markalı telefonun pulunu 6 ay müddətinə hissə-hissə, aylıq 378,83 manat məbləğində pul vəsaitinin ödənilməsi şərtilə almışdır.

13. İddiaçı MMC tərəfindən tərtib edilmiş 25 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3057,1 manat əsas borc, 305,71 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2272,98 manat əsas borc, 227,30 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2079,25 manat əsas borc, 207,98 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1649 manat əsas borc, 164,90 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 806,65 manat əsas borc, 80,67 manat dəbbə pulu olmaqla, cəmi 10852,03 manat borcu vardır.

14. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən yuxarıda adı qeyd olunan müqavilələr üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

19. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmişdir. Sözügedən müqavilələr üzrə ödənişlərin müddətləri və məbləğləri müəyyən edilmişdir.

20. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

21. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilələrin predmeti olan əşyaları cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

22. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əlavənin 2-ci bəndində qeyd edilmişdir ki, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.

25. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 100 (yüz) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

26. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borc qismində 3057,1 manat, cərimə borcu qismində 31 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borc qismində 2272,98 manat, cərimə borcu qismində 23 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borc qismində 2079,75 manat, cərimə borcu qismində 21 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borc qismində 1649 manat, cərimə borcu qismində 15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc qismində 806,65 manat, cərimə borcu qismində 10 manat olmaqla, ümumilikdə 9965 (doqquz min doqquz yüz altmış beş) manat, 48 (qırx səkkiz) qəpik və dövlət rüsumu olaraq pul vəsaitinin 119 (bir yüz on doqquz) manat, 65 (altmış beş) qəpik hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borc qismində 3057,1 manat, cərimə borcu qismində 31 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borc qismində 2272,98 manat, cərimə borcu qismində 23 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borc qismində 2079,75 manat, cərimə borcu qismində 21 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borc qismində 1649 manat, cərimə borcu qismində 15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc qismində 806,65 manat, cərimə borcu qismində 10 manat olmaqla, ümumilikdə 9965 (doqquz min doqquz yüz altmış beş) manat, 48 (qırx səkkiz) qəpik və dövlət rüsumu olaraq pul vəsaitinin 119 (bir yüz on doqquz) manat, 65 (altmış beş) qəpik hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüsal Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar