Məhkəmə qərarları › İş №e-2(5-158)-122/2026

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-122/2026

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(5-158)-122/2026 23.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Mövlayev Azər Aydın oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei Kod **********97752 İPHONE 16 PRO APPLE ADAPTER XXXL XİDMƏTİ üçün 3715.18 (üç min yeddi yüz on beş manat on səkkiz qəpik) manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 371.52 (üç yüz yetmiş bir manat əlli iki qəpik) manat cərimə borcu, olmaqla, cəmi 4110.30 (dörd min yüz om manat otuz qəpik) manat borcun və 61.11 (altmış bir manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir Belə ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2025-ci il, tarixli müqaviləsinə əsasən, İMEİ **********97752 İPHONE 16 PRO,APPLE ADAPTER XXXL XİDMƏTİ almış və nəticədə 4110.30 (dörd min yüz on manat otuz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4150.98 (dörd min yüz əlli manat doxsan səkkiz qəpik) manat (yəni 18 ay x 230.61 manat + 0 manat ilkin ödəniş) İMEİ **********97752 İPHONE 16 PRO,APPLE ADAPTER.XXXL XİDMƏTİ üçün ümumilikdə, 4110.30 (dörd min yüz on manat otuz qəpik) manat olmaqla ondan 3715.18üç min yeddi yüz on beş manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 371.52 (üç yüz yetmiş bir manat əlli iki qəpik) manat cərimə; miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 435.8 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 567.1, 600.1, 600.4, 465, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei Kod **********97752 İPHONE 16 PRO,APPLE ADAPTER.XXXL XİDMƏTİ üçün 3715.18 (üç min yeddi yüz on beş manat on səkkiz qəpik) manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 371.52 (üç yüz yetmiş bir manat əlli iki qəpik) manat cərimə borcu, olmaqla, cəmi 4110.30 (dörd min yüz om manat otuz qəpik) manat borcun və 61.11 (altmış bir manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei Kod **********97752 İPHONE 16 PRO,APPLE ADAPTER,PAKET XXXL XİDMƏTİ üçün 3715.18 (üç min yeddi yüz on beş manat on səkkiz qəpik) manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 371.52 (üç yüz yetmiş bir manat əlli iki qəpik) manat cərimə borcu, olmaqla, cəmi 4110.30 (dörd min yüz om manat otuz qəpik) manat borcun və 61.11 (altmış bir manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Azər Mövlayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar