Məhkəmə qərarları › İş №e-2(5-158)-139/2026

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-139/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(5-158)-139/2026 11.03.2026 ŞƏKI RAYON MƏHKƏMƏSI Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən paltaryuyan LG, Hisense TV, ət çəkən Bosch, şirəçəkən Bosch, 3 ədəd zəmanət + 3 il xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 3311.76 (üç min üç yüz on bir manat, yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 331.18 (üç yüz otuz bir manat, on səkkiz qəpik) manat cərimə, ümumilikdə, 3642.94 manat borc və 56.43 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, paltaryuyan LG, Hisense TV, ət çəkən Bosch, şirəçəkən Bosch, 3 ədəd zəmanət + 3 il xidməti, qızıl zəmanət ultra 3 il xidməti almış və nəticədə 3642.94(üç min altı yüz qırx iki manat, doxsan dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3458.77 (üç mikn dörd yüz əlli səkkiz manat, yetmiş yeddi qəpik) manat (yəni 24 ay x 137.99 manat + 147.01 manat ilkin ödəniş) olan paltaryuyan LG, Hisense TV, ət çəkən Bosch, şirəçəkən Bosch, 3 ədəd zəmanət + 3 il xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə, 3642.94(üç min altı yüz qırx iki manat, doxsan dörd qəpik) manat olmaqla ondan 3311.76 (üç min üç yüz on bir manat, yetmiş altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 331.18 (üç yüz otuz bir manat, on səkkiz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 147.01 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə ##.##.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3-cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən paltaryuyan LG, Hisense TV, ət çəkən Bosch, şirəçəkən Bosch, 3 ədəd zəmanət + 3 il xidməti, qızıl zəmanət ultra 3 il xidməti cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 3311.76 manat əsas borcu, müqavilənin 2.6-cı bəndinə əsasən 331.18 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, paltaryuyan LG, Hisense TV, ət çəkən Bosch, şirəçəkən Bosch, 3 ədəd zəmanət + 3 il xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 3311.76 manat əsas borc cavabdeh Cavabdeh alınaraq iddiaçı “xxxx” MMCyə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən 150 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 54.61 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ##.##.2025-ci il tarixli müqavilə üzrə paltaryuyan LG, Hisense TV, ət çəkən Bosch, şirəçəkən Bosch, 3 ədəd zəmanət + 3 il xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 3311.76 (üç min üç yüz on bir manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat cərimə, ümumilikdə 3461.76 (üç min dörd yüz altmış bir manat yetmiş altı qəpik) manat borc, 54,61 (əlli dörd manat altmış bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar