Məhkəmə qərarları › İş №e-2(5-158)-159/2026

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-159/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(5-158)-159/2026 02.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Mövlayev Azər Aydın oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqavilə əsasən Qəhvəbişirən DELONGNİ üçün 2707.08 (iki min yeddi yüz yeddi manat 8 qəpik) manat ödənilməmiş hissə, 270.71 (iki yüz yetmiş manat 71 qəpik) manat cərimə borcu, xx.xx.2024-cü i tarixli müqavilə əsasən 3 ədəd PS5 oyun pultu, PS5 oyun diski, SAMSUNG TV üçün , 1735.84 (bi rmin yeddi yü zotuz beş manat 84 qəpik) manat ödənilməmiş hissə, 173.58 (yü zyetmiş üç manat 58 qəpik) manat cərimə borcu olmaqla, cəmi 4887.21 manat borc, və 68.88 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir Belə ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-ci il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, 1 ədəd Qəhvəbişirən DELONGNİ və 3 ədəd PS5 oyun pultu, PS5 oyun diski, SAMSUNG TV üçün almış və nəticədə 4887.21 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3187.08 (üç min yüz səksən yeddi manat 8 qəpik) manat (18 ay x 177.06 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, QƏHVƏBİŞİRƏN DELONGHüçİ ün ümumilikdə, 2977.79 (ik imin doqquz yüz yetmiş yeddi mnat 79 qəpik) manat olmaqla ondan, 2707.08 (iki min yeddi yüz yeddi manat 8 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 270.71 (iki yüz yetmiş manat 71 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2169.84(iki min yüz altmış doqquz manat 84 qəpik) manat (18 ay x 103.88 manat + 300 manat ilkin ödəniş) olan 3 ədəd PS5 oyun pultu, PS5 oyun diski, ZƏMANƏT + 1 İL xidməti, SAMSUNG TüVçün ümumilikdə, 1909.42 (bir min doqquz yüz doqqu zmanat 42 qəpik) manat olmaqla ondan, 1735.84 (bi rmin yeddi yü zotuz beş manat 84 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 173.58 (yü zyetmiş üç manat 58 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ xx.xx.2024-cü il tarixli müqavilə üzrə 192 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 434 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 33.20 (otuz üç manat iyirmi qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 567.1, 600.1, 600.4, 465, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilə əsasən Qəhvəbişirən DELONGNİ üçün 2707.08 (iki min yeddi yüz yeddi manat 8 qəpik) manat ödənilməmiş hissə, 270.71 (iki yüz yetmiş manat 71 qəpik) manat cərimə borcu, xx.xx.2024-cü i tarixli müqavilə əsasən 3 ədəd PS5 oyun pultu, PS5 oyun diski, SAMSUNG TV üçün , 1735.84 (bi rmin yeddi yü zotuz beş manat 84 qəpik) manat ödənilməmiş hissə, 173.58 (yü zyetmiş üç manat 58 qəpik) manat cərimə borcu olmaqla, cəmi 4887.21 manat borc və 68.88 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilə əsasən Qəhvəbişirən DELONGNİ üçün 2707.08 (iki min yeddi yüz yeddi manat 8 qəpik) manat ödənilməmiş hissə, 270.71 (iki yüz yetmiş manat 71 qəpik) manat cərimə borcu, xx.xx.2024-cü i tarixli müqavilə əsasən 3 ədəd PS5 oyun pultu, PS5 oyun diski, SAMSUNG TV üçün , 1735.84 (bi rmin yeddi yü zotuz beş manat 84 qəpik) manat ödənilməmiş hissə, 173.58 (yü zyetmiş üç manat 58 qəpik) manat cərimə borcu olmaqla, cəmi 4887.21 manat borc və 68.88 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Azər Mövlayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar