Məhkəmə qərarları › İş №e-2(5-158)-240/2026

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-240/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(5-158)-240/2026 16.03.2026 ŞƏKI RAYON MƏHKƏMƏSI Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV, zəmanət + 3 il xidməti üçün 1012,84 (min on iki manat, səksən dörd qəpik) manat ödənilməmiş hissə, 101,28 (yüz bir manat, iyirmi səkkiz qəpik) manat cərimə; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, soyuducu Hoffmann, qızıl zəmanət ultra 3 il xidməti üçün 567,94 (beş yüz altmış yeddi manat, doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 56,79 (əlli altı manat, yetmiş doqquz qəpik) manat cərimə Ümumilikdə 1738,86 manat borc 37,39 manat ödənilmiş dövlət rüsumu c avabdeh Cavabdeh oğundanalınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2025-cü il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən LG TV, zəmanət + 3 il xidməti, soyuducu Hoffmann, qızıl zəmanət ultra 3 il xidməti almış və nəticədə 1738,86 (min yeddi yüz otuz səkkiz manat səksən altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1198,02 (min yüz doxsan səkkiz manat iki qəpik) manat (18 ay x 63,39 manat + 57 manat ilkin ödəniş) olan LG TV, ZƏMANƏT + 3 IL XİDMƏTüİçün ümumilikdə, 1114,12 (min yüz on dörd manat, on iki qəpik) manat olmaqla ondan, 1012,84 (min on iki manat, səksən dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 101,28 (yüz bir manat, iyirmi səkkiz qəpik) manat cərimə; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 639 (altı yüz otuz doqquz) manat (18 ay x 35,5 manat + 0 manat ilkin ödəniş) olan soyuducu Hoffmann, qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə, 624,73 (altı yüz iyirmi dörd manat, yetmiş üç qəpik) manat olmaqla ondan, 567,94 (beş yüz altmış yeddi manat, doxsan dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 56,79 (əlli altı manat, yetmiş doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 256,24 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2025-cü il, ##.##.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz ##.##.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3-cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV, zəmanət + 3 il xidməti və ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən soyuducu Hoffmann, qızıl zəmanət ultra 3 il xidməti cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən, 1012.84 (min manat on iki manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 101.28 (yüz bir manat iyirmi səkkiz qəpik) manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən 567.94 (beş yüz altmış yeddi manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 56.79 (əlli altı manat yetmiş doqquz qəpik) manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV, zəmanət + 3 il xidməti və ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən soyuducu Hoffmann, qızıl zəmanət ultra 3 il xidməti üçün 1012.84 manat əsas borc, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, soyuducu Hoffmann, qızıl zəmanət ultra 3 il xidməti üçün 567.94 manat əsas borc cavabdeh Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 50 manat, ##.##.2025-ci il tarixli müqavələyə əsasən 25 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 36.55 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ##.##.2025-ci il tarixli müqaviləyə əsasən LG TV, zəmanət + 3 il xidməti üçün 1012.84 (min on iki manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu və ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən 567.94 (beş yüz altmış yeddi manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, ümumilikdə 1655.78 (min altı yüz əlli beş manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə və 36.55 (otuz altı manat əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar