Məhkəmə qərarları › İş №e-2(5-158)-25/2026

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-25/2026

20.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(5-158)-25/2026 20.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********01686 İphone 15 üçün 2457 (iki min dörd yüz əlli yeddi) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 245.70 (iki yüz qırx beş yetmiş qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Bagdat yataq trumo,matras Flora,Bagdat yataq çarpayı, Bagdat yataq dolab, 2 ədəd Bagdat yataq tumba üçün 2023.92 (iki min iyirmi üç doxsan iki qəpik) manat ödənilməmiş hissə, 202.39 (iki yüz iki otuz doqquz qəpik) manat cərimə pullu borcu, ümumilikdə 4952.61 manat borc, 69,53 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod **********01686 İphone 15, Bagdat yataq trumo,matras Flora,Bagdat yataq çarpayı, Bagdat yataq dolab, 2 ədəd Bagdat yataq tumba almış və nəticədə 4952.61 (dörd min doqquz yüz əlli iki altmış bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2457 (iki min dörd yüz əlli yeddi) manat (18 ay x 136.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********01686 İPHONE 15 üçün ümumilikdə, 2726.30 (iki min yeddi yüz iyirmi altı otuz qəpik) manat olmaqla ondan, 2457 (iki min dörd yüz əlli yeddi) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsumgüzəşt olunaraq 245.70 (iki yüz qırx beş yetmiş qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2023.92 (iki min iyirmi üç doxsan iki qəpik) manat (24 ay x 84.33 manat + 0 manat ilkin ödəniş) olan Bagdat yataq trumo,matras Flora,Bagdat yataq çarpayı, Bagdat yataq dolab, 2 ədəd Bagdat yataq tumba üçün ümumilikdə, 2226.31 (iki min iki yüz iyirmi altı otuz bir qəpik) manat olmaqla ondan, 2023.92 (iki min iyirmi üç doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 202.39 (iki yüz iki otuz doqquz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçı İmei kod **********01686 İphone 15 markalı telefonu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Bagdat yataq trumo,matras Flora,Bagdat yataq çarpayı, Bagdat yataq dolab, 2 ədəd Bagdat yataq tumba cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2457 manat əsas borcu, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 manat, müqavilənin 2.6-cı bəndinə əsasən 245.70 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2023.92 manat əsas borcu, 202.39 müqavilənin 2.6-cı bəndinə əsasən 245.70 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçı İmei kod **********01686 İphone 15 markalı telefon üçün 2457 manat əsas borc, 23.6 İnnovativ Layihələr mərkəzi rüsumu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Bagdat yataq trumo,matras Flora,Bagdat yataq çarpayı, Bagdat yataq dolab, 2 ədəd Bagdat yataq tumba üçün 2023.92 manat əsas borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 100 manat cərimə məbləği, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 80 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 66.84 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********01686 İphone 15 üçün 2457 (iki min dörd yüz əlli yeddi) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 100 (yüz) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Bagdat yataq trumo,matras Flora,Bagdat yataq çarpayı, Bagdat yataq dolab, 2 ədəd Bagdat yataq tumba üçün 2023.92 (iki min iyirmi üç doxsan iki qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə ümumilikdə 4684.52 (dörd min altı yüz səksən dörd manat əlli iki qəpik) manat borc, 66.84 (altmış altı manat səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar