Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(5-158)-253/2026 16.03.2026 ŞƏKI RAYON MƏHKƏMƏSI Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod 864168071758346 X1 13 markalı telefon üçün 275 (iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 27,50 (iyirmi yeddi manat, 50 qəpik) manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, imei kod 861293072508178 Honor X6B markalı telefon üçün 214 (iki yüz on dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 21,40 (iyirmi bir manat, qırx qəpik) manat cərimə Ümumilikdə 585,10 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2025-cü il, ##.##.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod 864168071758346 X1 13 markalı telefon, imei kod 861293072508178 Honor X6B markalı telefon markalı telefon almış və nəticədə 585,10 (beş yüz səksən beş manat, on qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 330 (üç yüz otuz) manat (12 ay x 27,5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod 864168071758346 X1 13 markalı telefon üçün ümumilikdə, 326,10 (üç yüz iyirmi altı manat, on qəpik) manat olmaqla ondan, 275 (iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, güzəşt olunaraq 27,50 (iyirmi yeddi manat, əlli qəpik) manat cərimə; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 302,6 (üç yüz iki manat, altmış qəpik) manat (12 ay x 23,8 manat + 17 manat ilkin ödəniş) olan imei kod 861293072508178 Honor X6B markalı telefon üçün ümumilikdə, 259 (iki yüz əlli doqquz) manat olmaqla ondan, 214 (iki yüz on dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, güzəşt olunaraq 21,40 (iyirmi bir manat, qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 143.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2025-cü il, ##.##.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3-cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçı İmei kod 864168071758346 X1 13 markalı telefonu və ##.##.2025-ci il tarixli müqaviləyə əsasən imei kod 861293072508178 Honor X6B markalı telefonu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 275 manat əsas borcu, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 manat, müqavilənin 2.6-cı bəndinə əsasən 27.50 manat cərimə borcu və ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 214 manat əsas borcu, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 manat, müqavilənin 2.6-cı bəndinə əsasən 21.40 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, İmei kod 864168071758346 X1 13 markalı telefon üçün 275 manat əsas borc, 23.6 İnnovativ Layihələr mərkəzi rüsumu və imei kod 861293072508178 Honor X6B markalı telefon üçün 214 manat əsas borc, 23.6 İnnovativ Layihələr mərkəzi rüsumu cavabdeh Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 15 manat cərimə məbləği, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 10 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ##.##.2025-ci il tarixli müqavilə üzrə İmei kod 864168071758346 X1 13 markalı telefon üçün, 275 (iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 (iyirmi üç manat altmış qəpik) manat, 15 (on beş) manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən imei kod 861293072508178 Honor X6B markalı telefon üçün, 214 (iki yüz on dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 (iyirmi üç manat altmış qəpik) manat, 10 (on) manat cərimə ümumilikdə 561.2 (beş yüz altmış bir manat iyirmi qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(5-158)-253/2026
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-253/2026
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver