Məhkəmə qərarları › İş №e-2(5-158)-54/2026

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-158)-54/2026

11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(5-158)-54/2026 11.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Mövlayev Azər Aydın oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ramazanova Firuzə Musa qızının katibliyi, Ərizəçi Zərbəli oğlunun iştirakları ilə, Ərizəçi Zərbəli oğlu “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. Ərizəçi Zərbəli oğlu “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən AA seriyalı, 433942 nömrəli Şəki 8 saylı RQİB tərəfindən verilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilən nəqliyyat vasitəsinin sahibi X1 X2 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları :

8. Ərizəçi Zərbəli oğlu məhkəmə iclas zalında məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını və mülki iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

9. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü məhkəməyə bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

9. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

13. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur.

2. Məhkəmələrə izah edilsin ki, MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

12. “Dövlət rüsumu haqqında” Qanun : 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə. Məhkəmənin mövqeyi :

13. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

14. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinin qaytarılması barəsində ərizə verdikdə məhkəmə iddia ərizəsinio geri qayatrılmalıdır.

15. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir Ərizəçi Zərbəli oğlu ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. 16.Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mülki işə lazımi prosessual maraq göstərməmiş və məhkəmə iclasına gəlməmişdir. Nəticə :

17. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən Ərizəçi Zərbəli oğlunun Ərizəçi Zərbəli oğlu “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalıdır.

18. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (100) manat məbləğində dövlət rüsumu (“Azərpoçt, VÖEN: 99000; qəbzin nömrəsi : **********; büdcə səviyyə kodu: 1 tarix: xx.xx.2026, saat: 14:15) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Ərizəçi Zərbəli oğlu “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (100) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi : **********; büdcə səviyyə kodu: 1 tarix: xx.xx.2026, saat: 14:15) dövlət büdcəsindən iddiaçıya qaytarılsın Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Azər Mövlayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar