Məhkəmə qərarları › İş №e-2(5-158)-79/2026

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-79/2026

18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(5-158)-79/2026 18.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Mövlayev Azər Aydın oğlunun sədrliyi, Ramazanova Firuzə Musa qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025il tarixli müqaviləyə əsasən ASUS KOMPUTER,WİNDOWS 11 ZƏMANƏT +2 il XİDMƏTİ,PAK COMBOMAX XİDMƏT üçün 4701.06(dörd min yeddi bir,6 qəpik) manat ümumilikdə 5171.17 manat borc və 71.72 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ABC Telecom MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ASUS KOMPUTER, WİNDOWS 11, ZƏMANƏT +2 il xidməti, paket COMBOMAX XİDMƏTİ və nəticədə 5171.17 (beşmin yüz yetmiş bir,17 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı –satqı qiyməti 5895.36 (əlli səkkiz doxsan beş, 36 qəpik) manat (yəni 24 ay 197 .14 manat +1164 manat ilkin ödəniş)olan, ASUS KOMPUTER WİNDOWS11, ZƏMANƏT+il XİDMƏT, PAKl COMBOMAX XİDMƏTİ üçün ümumilikdə, 5171.17 (beş min yüz yetmiş bir, 17 qəpik) manat olmaqla ondan 4701.06 (dörd min yeddi yüz bir,6 qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 470.11 (dörd yüz yetmiş ,11 qəpik) manat dəbbə pullu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1194,3.manat təşkil edir. Ödəniş cədvəlin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa 6,müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki ,cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aramızda olan telefon danışığı,həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması,onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, anasının səhhətində yaranmış problemlər ilə əlaqədar "xxxx" MMC-dən aldığı avadanlıqları satmaq məcburiyyətində qalmışdır. Müqavilə üzrə borcu olduğunu qəbul etdiyini və borcunu hissə-hissə ödəyəcəyini məhkəməyə bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə, iş materiallarını cavabdehin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025 tarixli, müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki,cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 08 yanvar 2026-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 5171.17(beş min yüz yetmiş bir,17 qəpik) manat olmaqla borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC tərəfindən xəbərdarlıq edilmiş, tərəfinizdən hazırki xəbərdarlıqdan irəl gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə Müqavilənin 4.1–ci maddəsinə əsasən, tərəflərindədən aidiyyatı üzrə məhkəməyə müraciət olunacaq. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasına bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ASUS KOMPUTER WİNDOWS 11, ZƏMANƏT+2 İL XİDMƏTİ, PAKET COMBOMAX XİDMƏTİ ALMİŞ VƏ NƏTİCƏDƏ 5171.17 (beş min yüz yetmiş, 17 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5895 manat 36 qəpik (əlli səkkiz doxsan beş 36 qəpik) manat (yəni . 24 ay x 197.14 manat +1164 manat ilkin ödəniş ) olan, ASUS KOMPUTER WİNDOWS 11, ZƏMANƏT+ 366 (üç yüz altmış altı) manat (24 ay x 15.25 manat + 0 manat ilkin ödəniş) olan PAKl COMBOMAX XİDMƏTİ üçün ümumilikdə 5171.17 qəpik (beş min yüz yetmiş bir,17 qəpik) manat olmaqla ondan 4701.6 (dörd min yeddi yüzbir manat, 6 qəpik) manat ödənilməmiş hissə, 470.11 ( dörd yüz yetmiş 11 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 470,11 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh mal verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdehn müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" MMC qalıq qalmış borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə ASUS KOMPUTER WİNDOWS 11,ZƏMANƏT+2 İL XİDMƏTİ,PAKET COMBOMAX XİDMƏTİ üçün 4701.06 (dürd mun yeddi yüz bir,6 qəpik) manat ödənilməmiş hissə 50 (əlli) manat dəbbə ümumilikdə, 4751.06 manat borc və ödənilmiş 71,72 manat məbləğində dövlət rüsumunun 78 % məbləğində 55,38 manatı Cavabdeh Teyfiq oğlundan alınaraq ABC X1 Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə ASUS KOMPUTER WİNDOWS 11,ZƏMANƏT+2 İL XİDMƏTİ,PAKET COMBOMAX XİDMƏTİ üçün 4701.06 (dürd mun yeddi yüz bir,6 qəpik) manat ödənilməmiş hissə 50 (əlli) manat dəbbə ümumilikdə, 4751.06 manat borc və ödənilmiş 71,72 manat məbləğində dövlət rüsumunun 78 % məbləğində 55,38 manatı Cavabdeh Teyfiq oğlundan alınaraq ABC X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarasınız. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Azər Mövlayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar