Məhkəmə qərarları › İş №e-2(5-158)-94/2026

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-94/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(5-158)-94/2026 11.03.2026 ŞƏKI RAYON MƏHKƏMƏSI Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, Playstatıon 5 üçün 1391.04 (min üç yüz doxsan bir manat, dörd qəpik) manat ödənilməmiş hissə, 139.10 (yüz otuz doqquz manat, on qəpik) manat cərimə; ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, imei kod 350673971524673 Samsung Galaxy S24 , Samsung charger, paket XL xidməti üçün 1339.38(min üç üyz otuz doqquz manat, otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 133.94 (yüz otuz üç manat, doxsan dörd qəpik) manat cərimə, ümumilikdə 3027.06 manat borc, 50.28 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmı1ş7.03.2025-cü il, ##.##.2025-cü il tarixli müqavilələrə əsasən Playstatıon 5, imei kod 350673971524673 Samsung Galaxy S24 , Samsung charger, paket XL xidməti almış və nəticədə 3027.06 (üç min iyirmi yeddi manat, altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1391.04 (min üç yüz dolxsan bir manat, dörd qəpik) manat (12 ay x 115.92 manat + 0 manat ilkin ödəniş) olan Playstatıon 5üçün ümumilikdə, 1530.14 (min beş yüz otuz manat, on dörd qəpik) manat olmaqla ondan, 1391.04 (min üç yüz dolxsan bir manat, dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 139.10 (yüz otuz doqquz manat, on qəpik) manat cərimə; ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1521.92 (min beş yüz iyirmi bir manat, doxsan iki qəpik) manat (18 ay x 80.04 manat + 81.2 manat ilkin ödəniş) olan imei kod 350673971524673 Samsung Galaxy S24 , Samsung charger, paket XL xidməti üçün ümumilikdə, 1496.92 (min dörd yüz doxsan altı manat, doxsan iki qəpik) manat olmaqla ondan, 1339.38 (min üç üyz otuz doqquz manat, otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, güzəşt olunaraq 133.94 (yüz otuz üç manat, doxsan dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 182.54 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2025-cü il, ##.##.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3-cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, Playstation 5 və ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən imei kod 350673971524673 Samsung Galaxy S24, Samsung charge, paket XL xidməti cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən, 1391.04 (bir min üç yüz doxsan bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 139.10 (yüz otuz doqquz manat on qəpik) manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən 1339.38 (min üç yüz otuz doqquz manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 133.94 (yüz otuz üç manat doxsan dörd qəpik) manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, Playstation 5 üçün 1391.04 manat əsas borc, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, imei kod 350673971524673 Samsung Galaxy S24, Samsung charge, paket XL xidməti üçün 1339.38 manat əsas borc cavabdeh Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 70 manat, ##.##.2025-ci il tarixli müqavələyə əsasən 70 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 48.94 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, Playstation 5 üçün 1391.04 (bir min üç yüz doxsan bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə borcu və ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən 1339.38 (min üç yüz otuz doqquz manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 70 (yetmiş) manat cərimə, ümumilikdə 2894.02 (iki min səkkiz yüz doxsan dörd manat iki qəpik) manat ödənilməmiş hissə və 48.94 (qırx səkkiz manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar