Məhkəmə qərarları › İş №e-2(5-159)-14/2026

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-159)-14/2026

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(5-159)-14/2026 10.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı MMC–nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 297,44 manat əsas borc və 46,00 manat cərimə borcu olmaqla, ümumilikdə 343,44 (üç yüz qırx üç manat 44 qəpik) manat borcun, habelə 30,00 (otuz manat 00 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq Cash Finance MMC-ə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Fərdi sahibkar X6 (VÖEN: **********) arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, Fərdi sahibkar X2 297,44 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh borclu olduğu 297,44 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və nəticədə xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 297,44 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə görə cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cü il tarixinədək, hər ay 50,00 manat ödəməklə Fərdi sahibkar X4 olan borcunu tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. Fərdi sahibkar X6 ilə Cash Finance MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən, Fərdi sahibkar X3 cavabdehə qarşı mövcud olan 297,44 manatlıq tələb hüququ Cash Finance MMC-ə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 0,00 manat təşkil edir. Cavabdeh, müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-ci bəndinə əsasən, alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi halda, satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdeh xx.xx.2026-cü il tarixinə Cash Finance MMC-yə, xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 297,44 manat əsas borcu və 46,00 manat cərimə borcu olmaqla, ümumilikdə 343,44 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, o, müqavilə ilə müəyyənləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–1– ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2026–cı il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.2–ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İşdə olan xx.xx.2025-ci il tarixli, 0********** saylı nisyə alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan cavabdeh Hüseynova X1 X6 –dan nisyə məhsul almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 2.4.4–cü bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi halda, satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etmək hüququna malikdir. İşdə olan hesab–fakturadan görünür ki, 1 ədəd dəyəri 297.44 manat olan 175*70*13 AOSTUNE modeli Cavabdeh satılmışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, 0********** saylı nisyə alqı–satqı müqaviləsi üzrə xx.xx.2025–xx.xx.2026–cı il ərzində hər ay 50.00 manat, sonuncu ay 47.44 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, 0********** saylı nisyə alqı–satqı müqaviləsi üzrə borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2025-ci il tarixli, 0********** saylı nisyə alqı– satqı müqaviləsi üzrə 297,44 manat əsas borc və 46,00 manat cərimə borcu olmaqla, ümumilikdə 343,44 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2025–ci il tarixli faktorinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Fərdi sahibkar X6 arasında faktorinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən tələb hüququ İddiaçı MMC– yə keçmişdir. İş materiallarında olan göndərilmiş məktubdan görünür ki, cavabdehə çatdırılması üçün məhkəmə bildirişi xx.xx.2026–cı il tarixdə Şəmkir rayon Poçt şöbəsinə göndərilmiş, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.3–cü və 284–6.1– ci maddələrinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77–ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh ilə Fərdi sahibkar X6 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 0********** saylı nisyə alqı–satqı müqaviləsinə əsasən cavabdehə dəyəri 297.44 manat olan məhsul nisyə satılmışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 50.00 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, İddiaçı MMC ilə Fərdi sahibkar X6 arasında imzalanan faktorinq müqaviləsi və sazişə əsasən Fərdi sahibkar X6 –nun Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC–yə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmişdir. Cavabdeh aldığı məhsulun dəyərini tam şəkildə ödəməkdən boyun qaçırmış, bununla da müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Öhdəliyini lazımınca yerinə yetirmədiyinə görə cəmiyyət tərəfindən cavabdehə cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2025-ci il tarixli, 0********** saylı nisyə alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 297,44 manat əsas borc və 46,00 manat cərimə borcu olmaqla, ümumilikdə 343,44 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli, 0********** saylı nisyə alqı–satqı müqaviləsi üzrə Cavabdeh 297,44 manat əsas borc və 46,00 manat cərimə borcu olmaqla, ümumilikdə 343,44 (üç yüz qırx üç manat 44 qəpik) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar