Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(5-159)-348/2026 24.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yuxarıda təfrrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 4777 (dörd min yeddi yüz yetmiş yeddi) manat əsas borc və 68 (altmış səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4845 (dörd min səkkiz yüz qırx beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri ümumi dəyəri 5258 (beş min iki yüz əlli səkkiz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələri) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 4777 (dörd min yeddi yüz yetmiş yeddi) manat əsas borcu qalıb. Cavabdeh xx.xx.2022-ci il tarixli, SRFK6501287 saylı müqavilə üzrə ümumi dəyəri 1332 (bir min üç yüz otuz iki) manat olan məişət avadanlığının dəyərinin 18 ay müddətinə ödəməklə şərtilə əldə etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, SRFK6501287 saylı müqavilə üzrə hal-hazırda 1258 (bir min iki yüz əlli səkkiz) manat əsas borcu qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, SRFK6501288 saylı müqavilə üzrə ümumi dəyəri 3926 (üç min doqquz yüz iyirmi altı) manat olan məişət avadanlığının dəyərinin 18 ay müddətinə ödəməklə şərtilə əldə etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, SRFK6501288 saylı müqavilə üzrə hal-hazırda 3519 (üç min beş yüz on doqquz) manat əsas borcu qalmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alarq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 4777 (dörd min yeddi yüz yetmiş yeddi) manat əsas borc və 68 (altmış səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4845 (dörd min səkkiz yüz qırx beş) manat pul alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını zəruri hesab edir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SRFK6501287 saylı borc müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 3926.00 manat olan əşyanı Cavabdeh 200,00 manat ilkin ödəniş etməklə qalan 3726.00 manat məbləği aylıq 18 ay müddətinə 207,00 manat ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SRFK6501288 saylı borc müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 1332.00 manat olan əşyanı Cavabdeh 0,00 manat ilkin ödəniş etməklə qalan 1332.00 manat məbləği aylıq 18 ay müddətinə 74,00 manat olmaqla ödəmək şərti ilə satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, SRFK6501287 saylı Təhvil-təslim aktından görünür ki, Cavabdeh 1 ədəd İPHONE 13 PRO 128GB GOLD modelini tam və qüsursuz şəkildə əldə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, SRFK6501288 saylı Təhvil-təslim aktından görünür ki, Cavabdeh 1 ədəd WM SAMSUNG WW80AFS26AE, 2 ədəd Ariel PODS modelini tam və qüsursuz şəkildə əldə etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, SRFK6501287 saylı müqaviləyə əsasən Cavabdeh 1258,00 manat, xx.xx.2022-ci il tarixli, SRFK6501288 saylı müqaviləyə əsasən Cavabdeh 3519,00 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC nin xeyrinə cavabdehdən xx.xx.2022-ci il tarixli, SRFK6501287 saylı nisyə alqı satqı müqaviləsinə əsasən 1258,00 manat; xx.xx.2022-ci il tarixli, SRFK6501288 saylı nisyə alqı satqı müqaviləsinə əsasən 3519,00 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 68.00 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 380-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, SRFK6501287 saylı və xx.xx.2022-ci il tarixli SRFK6501288 saylı nisyə alqı satqı müqavilələrinə əsasən 4777 manat əsas borc və 68 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4845 (dörd min səkkiz yüz qırx beş) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(5-159)-348/2026
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-159)-348/2026
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver