Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(5-159)-376/2026 04.03.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Əvər qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE104938 saylı müqaviləyə əsasən 186,98 (bir yüz səksən altı manat doxsan səkkiz qəpik) əsas borc, ( ) cərimə; BE162497 saylı müqaviləyə əsasən 1590,97 (bir min beş yüz doxsan manat doxsan yeddi qəpik) əsas borc, 20 (iyirmi manat) cərimə; BE245692 saylı müqaviləyə əsasən 74,99 (yetmiş dörd manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, əsasən ümumilikdə 1872,94 (bir yüz səksən altı manat doxsan səkkiz qəpik) borcun və 39 (otuz doqquz manat) dövlət rüsumunun Cavabdehdan tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BE104938 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 21-dən gec olmamaqla 72 (yetmiş ikimanat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE162497 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 135 (bir yuz otuz beş manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE245692 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 6 ay müddətinə hər ayın 29-dən gec olmamaqla 21 (iyirmi bir manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE104938 saylı müqaviləyə əsasən 186,98 (bir yüz səksən altı manat doxsan səkkiz qəpik) əsas borc, ( ) cərimə; BE162497 saylı müqaviləyə əsasən 1590,97 (bir min beş yüz doxsan manat doxsan yeddi qəpik) əsas borc, 20 (iyirmi manat) cərimə; BE245692 saylı müqaviləyə əsasən 74,99 (yetmiş dörd manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, əsasən ümumilikdə 1872,94 (bir yüz səksən altı manat doxsan səkkiz qəpik) borcu qalmışdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış arasında BL104938 saylı xx-xx-2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 859.98 manat olan avadanlığı 12 ay müddətinə hər ayın 21-dən gec olmamaqla 72,00 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış arasında arasında BL162497 saylı xx-xx-2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 2697.97 manat olan avadanlığı 18 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 135,00 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış arasında arasında BL245692 saylı xx-xx-2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 116.99 manat olan avadanlığı 6 ay müddətinə hər ayın 29-dan gec olmamaqla 21,00 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh BL104938 saylı xxxx-2024-cü il tarixli nisyə satış müqaviləsi üzrə 859.98 manat dəyərindəki avandanlığı 0,00 manat ilkin ödəniş etməklə əldə etmiş, qalan 859.98 manat pulu 12 ay müddətinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 72,00 manat olmaqla hissəhissə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh BL162497 saylı xxxx-2024-cü il tarixli nisyə satış müqaviləsi üzrə 2697.97 manat dəyərindəki avandanlığı 300,00 manat ilkin ödəniş etməklə əldə etmiş, qalan 2397.97 manat pulu 18 ay müddətinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək hər ay 135,00 manat olmaqla hissəhissə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh BL245692 saylı xxxx-2024-cü il tarixli nisyə satış müqaviləsi üzrə 116.99 manat dəyərindəki avandanlığı 0,00 manat ilkin ödəniş etməklə əldə etmiş, qalan 116.99 manat pulu 6 ay müddətinə, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 21,00 manat olmaqla hissəhissə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, BL104938 saylı xx-xx-2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 186.98 (186.98 manat əsas borc, 0.00 manat cərimə borcu) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, BL162497 saylı xx-xx-2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 1610.97 (1590.97 manat əsas borc, 20.00 manat cərimə borcu) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, BL1245692 saylı xx-xx-2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 74.99 (74.99 manat əsas borc, 0.00 manat cərimə borcu) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubularından görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə və ona əlavə edilmiş sənədlərlə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, BE104938 saylı müqaviləyə əsasən 186,98 manat əsas borc, ( ) cərimə; BE162497 saylı müqaviləyə əsasən 1590,97 manat əsas borc, 20 manat cərimə; BE245692 saylı müqaviləyə əsasən 74,99 manat əsas borc, ( ) cərimə, əsasən ümumilikdə 1872,94 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 39.00 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BE104938 saylı müqaviləyə əsasən 186,98 manat əsas borc, ( ) cərimə; BE162497 saylı müqaviləyə əsasən 1590,97 manat əsas borc, 20 manat cərimə; BE245692 saylı müqaviləyə əsasən 74,99 manat əsas borc, ( ) cərimə, əsasən ümumilikdə 1872,94 (bir min səkkiz yüz yetmiş iki manat doxsan dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39 (otuz doqquz) manat pul tutularaq "xxxx" MMCyə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №e-2(5-159)-376/2026
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-159)-376/2026
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver