Məhkəmə qərarları › İş №e-2(5-159)-450/2026

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-159)-450/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(5-159)-450/2026 13.03.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, MATRAS - FLORA, SEDEF - CARPAYİ, 2 ƏDƏD PAKRİVAL, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 476,9 (dörd yüz yetmiş altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, 47,69 (qırx yeddi manat, 69 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İMEİ KODU **********86099 OPPO A60 markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ üçün 399,47 (üç yüz doxsan doqquz manat, 47 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 39,95 (otuz doqquz manat, 95 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********53253 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG ADAPTER, ZƏMANƏT + 1 İL XİDMƏTİ üçün 341,16 (üç yüz qırx bir manat, 16 qəpik) manat ödənilməmiş hissə, 34,12 (otuz dörd manat, 12 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, QAZAN DƏSTİ DELUCA üçün 292,44 (iki yüz doxsan iki manat, 44 qəpik) manat ödənilməmiş hissə, 29,24 (iyirmi doqquz manat, 24 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, QAZAN VİNZER üçün 30 (otuz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; ümumilikdə 1717,57 manat borc, 37,18 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2025cü il tarixli müqavilələrə əsasən, MATRAS - FLORA, SEDEF - CARPAYİ, 2 ƏDƏD PAKRİVAL, ZƏMANƏT + 3 İL XİDMƏTİ, İMEİ KODU **********86099 OPPO A60 markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********53253 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG ADAPTER, ZƏMANƏT + 1 İL XİDMƏTİ, QAZAN DƏSTİ DELUCA, QAZAN VİNZER almış və nəticədə 1717,57 (min yeddi yüz on yeddi manat, 57 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 757,92 (yeddi yüz əlli yeddi manat, 92 qəpik) manat (24 ay x 31,58 manat + 0 manat ilkin ödəniş) olan MATRAS - FLORA, SEDEF - CARPAYİ, 2 ƏDƏD PAKRİVAL, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə 524,59 (beş yüz iyirmi dörd manat 59 qəpik) manat olmaqla ondan, 476,9 (dörd yüz yetmuş altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,69 (qırx yeddi manat, 69 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 799,92 (yeddi yüz doxsan doqquz manat, 92 qəpik) manat (18 ay x 44,44 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********86099 OPPO A60 markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ üçün ümumilikdə 463,02 (dörd yüz altmış üç manat, 02 qəpik) manat olmaqla ondan 399,47 (üç yüz doxsan doqquz manat, 47 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 39,95 (otuz doqquz manat, 95 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 659,16 (altı yüz əlli doqquz manat, 16 qəpik) manat (18 ay x 36,62 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********53253 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG ADAPTER, ZƏMANƏT + 1 İL XİDMƏTİ üçün ümumilikdə 375,28 (üç yüz yetmiş beş manat, 28 qəpik) manat olmaqla ondan, 341,16 (üç yüz qırx bir manat, 16 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34,12 (otuz dörd manat, 12 qəpik) manat cərimə; xx.xx.2025cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 329,94 (üç yüz iyirmi doqquz manat, 94 qəpik) manat (18 ay x 18,33 manat + 0 manat ilkin ödəniş) olan QAZAN DƏSTİ DELUCA üçün ümumilikdə 321,68 (üç yüz iyirmi bir manat, 68 qəpik) manat olmaqla ondan, 292,44 (iki yüz doxsan iki manat, 44 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29,24 (iyirmi doqquz manat, 24 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 60 (altmış) manat (6 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan QAZAN VİNZER üçün ümumilikdə 33 (otuz üç) manat olmaqla ondan, 30 (otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1066,97 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19135553 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 757.92 manat olan əşyanı (MATRAS - FLORA, SEDEF - CARPAYİ, 2 ƏDƏD PAKRİVAL, ZƏMANƏT + 3 İL XİDMƏTİ) Cavabdeh 0.00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 31.58 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12089283 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 799.96 manat olan əşyanı (İMEİ KODU **********86099 OPPO A60 markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ) Cavabdeh 0.00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 44.44 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19135552 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 659.1 manat olan əşyanı (İMEİ KODU **********53253 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG ADAPTER, ZƏMANƏT + 1 İL XİDMƏTİ) Cavabdeh 0.00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 36.62 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 329.94 manat olan əşyanı (QAZAN DƏSTİ DELUCA) Cavabdeh 0.00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 18.33 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 60.00 manat olan əşyanı (QAZAN VİNZER) Cavabdeh 0.00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 10.00 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə satmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarından olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" QSC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2026-cı il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2026-cı il tarixinə "xxxx" MMC-nin ona göstərilən xidmətə görə "xxxx" QSC-nə olan borcun məbləği 132444.33 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kod **********86099 OPPO A60 markalı telefon telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.6 (iyirmi üç manat 60 qəpik) manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025cü il, xx.xx.2025-cü il tarixli müqavilələr üzrə Cavabdeh beş müqavilə üzrə cəmi 1066.97 manat ödəniş etmiş, onun hal-hazırda 1717.57 (1539.57 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 154.00 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə aldığı məhsulun qiymətini iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə yaranmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 476,9 manat ödənilməmiş hissə, 47,69 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 399,47 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 39,95 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 341,16 manat ödənilməmiş hissə, 34,12 manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 292,44 manat ödənilməmiş hissə, 29,24 manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən üçün 30 manat ödənilməmiş hissə, 3 manat cərimə; ümumilikdə 1717,57 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 37.18 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 476,9 manat ödənilməmiş hissə, 47,69 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 399,47 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 39,95 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 341,16 manat ödənilməmiş hissə, 34,12 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 292,44 manat ödənilməmiş hissə, 29,24 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən üçün 30 manat ödənilməmiş hissə, 3 manat cərimə; ümumilikdə 1717,57 (bir min yeddi yüz on yeddi manat əlli yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37.18 (otuz yeddi manat on səkkiz qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar