Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(5-160)-27/2026 09.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh 270 manat əsas borc, gecikdirilmiş vaxt üçün 100 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından görünür ki, iddiaçı Məmmədov X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən qeydiyyatdan keçmişdir (VÖEN **********). “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir. ( VÖEN **********) İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli, NH225 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, Satıcı adı, sayı və məbləği sifariş vərəqəsində göstərilən malı Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 284701 nömrəli, xx.xx.2023-cü il tarixli sifariş vərəqəsindən görünür ki, 16 ədəd Case Dəri, 07 ədəd Case Qara, 11 ədəd X13, 01 ədəd X5, 05 ədəd Case Rengli, VCC, 03 ədəd X6, 23 ədəd Glass Privacy BJLM, 33 ədəd Glass Mirror 8D, 09 ədəd Glass Anti-Static ESD, 05 ədəd Glass HD Rein, 05 ədəd X4, 01 ədəd FAN H15, 02 ədəd Silicone Case, 01 ədəd Case Deri, 01 ədəd Nausnik P47, 01 ədəd Case Lazer, 01 ədəd X3, 09 ədəd X15, 02 ədəd X14, 01 ədəd Case Porsche adlı ümumilikdə 137 sayda, 266 manat 60 qəpik dəyərində əşyalar sifariş edilmişdir. İş materiallarında olan 284702 nömrəli, xx.xx.2023-cü il tarixli sifariş vərəqəsindən görünür ki, 01 ədəd X10, 02 ədəd Case Dəri, 01 ədəd X11 A8 2021 X200/X205, 04 ədəd Case Dəri, 05 ədəd Case Silicone, 02 ədəd Silicone Case, 01 ədəd X12, 02 ədəd X3, 03 ədəd Case Deri, 03 ədəd Case Starbucks, 12 ədəd X15, 02 ədəd Case Kantli, 03 ədəd X7, 01 ədəd X8, 01 ədəd X9, 02 ədəd X16, 02 ədəd X17.K101, 01 ədəd Nausnik Y10, 01 ədəd Dz Bas 65w 3in 1, 01 ədəd Power Adapter 25w, 03 ədəd X18-C Vm18, 03 ədəd Ansty Nausnik E-035, 01 ədəd Powerbank Kakusiga 10000mah Ksc-660, 01 ədəd Nausnik Borofone B017, 16 ədəd X4, 05 ədəd 10d+ Glass 0.15MM adlı, 79 sayda, ümumilikdə 264 manat 90 qəpik dəyərində əşyalar sifariş edilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə tərəflərin subyektiv tərkibini, predmetin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə alıb, hesab edir ki, mübahisə xarakterinə görə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, iddia ərizəsi aidiyyəti üzrə Kommersiya Məhkəməsinə verilməli olduğu halda Şirvan Şəhər Məhkəməsinə verilmişdir. Bundan başqa tərəflər arasında bağlanılmış 10 oktyabr 2023-cü il tarixli MH225 saylı alqı-satqı müqaviləsinin 6.6-cı bəndinə əsasən tərəflər arasında bu müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən məhkəmələri tərəfindən həll ediməsinə dair razılıq əldə edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin tələbinə əsasən həm cavabdehin yaşadığı yer üzrə, həm də icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, mübahisə xarakterinə görə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron Məhkəmə İnformasiya sistemində qəbz haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Şirvan şəhər Məhkəməsi qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı məhkəmə aidiyyatı üzrə müvafiq Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim:
Məhkəmə qərarları › İş №e-2(5-160)-27/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-160)-27/2026
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver