Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(5-160)-76/2026 22.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 5119 nömrəli alğı-satqı müqaviləsi üzrə 269 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı elektron ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin hal-hazıradək cavabdehin iddia tələbinə dair hər hansı münasibətini məhkəməyə daxil olmamışdır. 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İş üzrə iddiaçı tərəfindən ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında ərizə verilməsini, cavabdeh tərəfindən isə işin mahiyyəti üzrə həll edilməsinə dair hər hansı bir müraciətinin daxil olmamasını və mülki prosesusal qanunvericiliyin analogiya üzrə tətbiqinin mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələblərin uyğun qaydada İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş (qəbzin nömrəsi **********, xx.xx.2026-cı il tarixli) 30 manat dövlət rüsumu İddiaçı dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(5-160)-76/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-160)-76/2026
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver