Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(5-160)-93/2026 02.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2204-ci il tarixli müqaviləyə əsasən İmei kod **********72665 İphone 15, Paket XL xidməti üçün, 1814.52 (bir min səkkiz yüz on dörd manat, 52 qəpik) manat ödənilməmiş hissə, 181.45 (yüz səksən bir manat, 45 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X3 2 il xidməti, Dispenser Toshıba üçün 233.01 (iki yüz otuz üç manat, 01 qəpik) manat ödənilməmiş hissə, 23.30 (iyirmi üç manat, 30 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X3 1 il xidməti, X2 üçün 192.13 (yüz doxsan iki manat, 13 qəpik) manat ödənilməmiş hissə, 19.21 (on doqquz manat, 21 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Qəhvəbişirən Beko üçün 149.48 (yüz qırx səkkiz manat, 48 qəpik) manat ödənilməmiş hissə, 14.95 (on dörd manat, 95 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Fritoz Raf üçün 71.5 (yetmiş bir manat, 50 qəpik) manat ödənilməmiş hissə, 7.15 (yeddi manat, 15 qəpik) manat cərimə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Casıo qol saatı üçün 48.68 (qırx manat, 68 qəpik) manat ödənilməmiş hissə, 4.87 (dörd manat, 87 qəpik) manat cərimə, ümumilikdə 2760.25 manat borc və 47.61 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra dəqiqləşmə barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********72665 İphone 15, Paket XL xidməti üçün, 1814.52 (bir min səkkiz yüz on dörd manat, 52 qəpik) manat ödənilməmiş hissə, 181.45 (yüz səksən bir manat, 45 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X3 2 il xidməti, Dispenser Toshıba üçün 233.01 (iki yüz otuz üç manat, 01 qəpik) manat ödənilməmiş hissə, 23.30 (iyirmi üç manat, 30 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X3 1 il xidməti, X2 üçün 192.13 (yüz doxsan iki manat, 13 qəpik) manat ödənilməmiş hissə, 19.21 (on doqquz manat, 21 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Qəhvəbişirən Beko üçün 149.48 (yüz qırx səkkiz manat, 48 qəpik) manat ödənilməmiş hissə, 14.95 (on dörd manat, 95 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Fritoz Raf üçün 71.5 (yetmiş bir manat, 50 qəpik) manat ödənilməmiş hissə, 7.15 (yeddi manat, 15 qəpik) manat cərimə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Casıo qol saatı üçün 48.68 (qırx manat, 68 qəpik) manat ödənilməmiş hissə, 4.87 (dörd manat, 87 qəpik) manat cərimə, ümumilikdə 2760.25 manat borc və 47.61 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmıış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrə əsasən, İmei kod **********72665 İphone 15, Paket XL Xidməti, X3 2 il Xidməti, Dispenser Toshıba, X3 1 il Xidməti, X2 qəhvəbişirən Beko, Fritoz Raf, Casıo qol saatı almış və nəticədə 2760.25 (iki min yeddi yüz altmış manat, 25 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2204-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2339.04 (iki min üç yüz otuz doqquz manat, 4 qəpik) manat (12 ay x 184.92 manat + 120 manat ilkin ödəniş) olan İmei kod **********72665 İphone 15, Paket XL xidməti üçün 1995.97 (bir min doqquz doxsan beş manat, 97 qəpik) manat olmaqla ondan, 1814.52 (bir min səkkiz yüz on dörd manat, 52 qəpik) manat ödənilməmiş hissə, 181.45 (yüz səksən bir manat, 45 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 341.28 (üç yüz qırx bir manat, 28 qəpik) manat (18 ay x 18.96 manat + 0 manat ilkin ödəniş) olan X3 2 il xidməti, Dispenser Toshıba üçün 256.31 (iki yüz əlli altı manat, 31 qəpik) manat olmaqla ondan 233.01 (iki yüz otuz üç manat, 1 qəpik) manat ödənilməmiş hissə, 23.30 (iyirmi üç manat, 30 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 432.84 (dörd yüz otuz iki manat, 84 qəpik) manat (12 ay x 36.07 manat + 0 manat ilkin ödəniş) olan X31 il Xidməti, X2 üçün 211.34 (iki yüz on bir manat, 34 qəpik) manat olmaqla ondan 192.13 (yüz doxsan iki manat, 13 qəpik) manat ödənilməmiş hissə, 19.21 (on doqquz manat, 21 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 204.96 (iki yüz dörd manat, 96 qəpik) manat (12 ay x 17.08 manat + 0 manat ilkin ödəniş) olan Qəhvəbişirən Beko üçün 164.43 (yüz altmış dörd manat, 43 qəpik) manat olmaqla ondan 149.48 (yüz qırx səkkiz manat, 48 qəpik) manat ödənilməmiş hissə, 14.95 (on dörd manat, 95 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 132.03 (yüz otuz iki manat, 3 qəpik) manat (9 ay x 14.67 manat + 0 manat ilkin ödəniş) olan Fritoz Raf üçün 78.65 (yetmiş səkkiz manat, 65 qəpik) manat olmaqla ondan 71.5 (yetmiş bir manat, 50 qəpik) manat ödənilməmiş hissə, 7.15 (yeddi manat, 15 qəpik) manat cərimə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 99 (doxsan doqquz) manat (6 ay x 16.5 manat + 0 manat ilkin ödəniş) olan Casıo qol saatı üçün 53.55 (əlli üç manat, 55 qəpik ) manat olmaqla ondan 48.68 (qırx manat, 68 qəpik) manat ödənilməmiş hissə, 4.87 (dörd manat, 87 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1039.83 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 11673417 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 432,84 manat olan X3 1 il xidməti, X2 Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 36,07 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 05914988 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 341,28 manat olan X3 2 il xidməti, X1 Elona Aqil qızına nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 18,96 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə sonuncuya xx.xx.2025-ci il tarixdə dəyəri 50.32 manat olan Casıo markalı qol saatı nisyə satılmış və cavabdeh 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 16,5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə sonuncuya xx.xx.2024-cü il tarixdə dəyəri 204,96 manat olan Qəhvəbişirən Beko nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 17,08 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə sonuncuya xx.xx.2024-cü il tarixdə dəyəri 132,03 manat olan Fritoz Raf nisyə satılmış və cavabdeh 9 ay müddətində ödəniş cədvəli üzrə hər ay 14,67 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 192.13 manat ödənilməmiş hissə və 19.21 manat dəbbə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 233.01 manat ödənilməmiş hissə və 23.30 manat dəbbə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 149.48 manat ödənilməmiş hissə və 14.95 manat dəbbə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 71.5 manat ödənilməmiş hissə və 7.15 manat dəbbə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1814.52 manat ödənilməmiş hissə və 181.45 manat dəbbə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 48.68 manat ödənilməmiş hissə və 4.87 manat dəbbə borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə texniki avadanlıqlar satılmış və cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilər üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 1814.52 manat əsas, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 233.01 manat əsas, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 192.13 manat əsas, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 149.48 manat əsas, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 71.50 manat əsas və xx.xx.2025-ci il tarixli 48.68 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1814.52 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 181.45 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 233.01 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 23.30 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 192.13 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 19.21 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 149,48 manat əsas borca münasibətdə cavabdehdən 14.95 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 71,50 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 7.15 manat dəbbə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 48,68 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 4.87 manat (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 18 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 47.61 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 47.61 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********72665 İphone 15, Paket XL xidməti üçün 1814.52 manat ödənilməmiş əsas borc, 18 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X3 2 il xidməti, Dispenser Toshıba üçün 233.01 manat ödənilməmiş əsas borc, 3 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X3 1 il xidməti, X2 üçün 192.13 manat ödənilməmiş əsas borc, 2 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Qəhvəbişirən Beko üçün 149.48 manat ödənilməmiş əsas borc, 1 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Fritoz Raf üçün 71.5 manat ödənilməmiş hissə, 1 manat cərimə borcu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Casıo qol saatı üçün 48.68 manat ödənilməmiş hissə, 1 manat cərimə borcu olmaqla ümumilikdə 2535.32 manat borc və 47.61 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(5-160)-93/2026
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-160)-93/2026
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver